Azərbaycanın İslam Həmrəyliyinə daha bir töhfəsi
Azərbaycan artıq bir neçə ildir ki, beynəlxalq, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış edən, həmin təşəbbüsləri reallaşdıran, eyni zamanda bu və ya digər təşəbbüsləri reallaşdırmaqla dünyada sülhə, təşhlükəsizliyə, tolerantlığa töhfə verən bir məkana, dövlətə çevrilib. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, rəsmi Bakı tərəfindən irəli sürülən və eyni zamanda reallaşdırılan həmin təşəbbüslər yalnız bir sahəni, məhdud coğrafiyanı əhatə etmir. Azərbaycan elə səmərəli təkliflər irəli sürür və həmin təklifləri reallaşdırır ki, onlar bütöv bir coğrafiyanı, dünya dövlətlərinin hər birini əhatə edir, yayılır. İstər siyasi, istər mədəni və humanitar, istərsə də idman sahəsində həyata keçirilən bu kimi təşəbbüslər və tədbirlər qarşıya qoyulan hədəflərə çatmaq, nail olmaqla yanaşı ölkəmizin beynəlxalq aləmdəki yeri və roluna da öz müsbət təsirini göstərir, onun dünya dövlətləri arasında müsbət imciini formalaşdırır.
22 Dekabr 2017 13:15 SiyasətAzərbaycan artıq bir neçə ildir ki, beynəlxalq, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış edən, həmin təşəbbüsləri reallaşdıran, eyni zamanda bu və ya digər təşəbbüsləri reallaşdırmaqla dünyada sülhə, təşhlükəsizliyə, tolerantlığa töhfə verən bir məkana, dövlətə çevrilib. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, rəsmi Bakı tərəfindən irəli sürülən və eyni zamanda reallaşdırılan həmin təşəbbüslər yalnız bir sahəni, məhdud coğrafiyanı əhatə etmir. Azərbaycan elə səmərəli təkliflər irəli sürür və həmin təklifləri reallaşdırır ki, onlar bütöv bir coğrafiyanı, dünya dövlətlərinin hər birini əhatə edir, yayılır. İstər siyasi, istər mədəni və humanitar, istərsə də idman sahəsində həyata keçirilən bu kimi təşəbbüslər və tədbirlər qarşıya qoyulan hədəflərə çatmaq, nail olmaqla yanaşı ölkəmizin beynəlxalq aləmdəki yeri və roluna da öz müsbət təsirini göstərir, onun dünya dövlətləri arasında müsbət imciini formalaşdırır.
Azərbaycan müsəqillik əldə etdikdən sonra xarici siyasətdə tutumuş olduğu düzgün mövqe, yaxın və uzaq qonşularla yaradılan normal əməkdaşlıq mühiti, ən başlıcası balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin həm Avropa, həm də Asiya, həm Qərb, həm də Şərqlə normal münasibətlər sistemi qurmasına müsbət təsir göstərdi. İslam dünyasının bir parçası olan, İslami dəyərləri yüksək səviyyədə qoruyub-saxlayan, onu inkişaf etdirən Azərbaycan müsəlman ölkələri də yüksək səviyyəli əməkdaşlıq quraraq bu coğrafiyanın sayılıb-seçilən, ən yüksək səviyyədə hörmət edilən dövlətlərindən birinə çevrildi. Azərbaycanın İslam coğrafiyasında mövqelərinin möhkəmlənməsi təkcə ölkədə dini abidələrin təmir olunaraq mömin insanların ixtiyarına verilməsi ilə bağlı deyildi. Yaxud Azərbaycanda heç bir ölkədə olmadığı qədər tolerantlıq mühtinin mövcudluğu burada əsas rol oynamırdı. Düzdür, qeyd edilən amillər də Azərbaycanın İslam coğrafiyasında mövqelərinin güclənməsinə təsir göstərən faktorlardandır.. Ancaq ən başlıcası Azərbaycanın İslam həmrəyliyinə töhfə verməsi ilə bağlıdır ki, bunun da bir neçə il ərzində əyani şahidinə çevrilmişik. İndiyə qədər bir neçə dəfə Bakıda mədəniyyətlərarası və dinlərarası forumların keçirilməsi, sayca dördüncü İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsi, 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi, eləcə də artıq ənənəyə çevrilən vəhdət namazlarının qılınması Azərbaycanın İslamn həmrəyliyinə verdiyi dəyərli töhfələrdəndir. Bu günlərdə isə ölkəmiz bu istiqamətdə daha bir uğura imza atdı. Belə ki, xəbərlərdən də aydın olduğu kimi Bakıda bu günlərdə "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans keçirilir. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi konfransda kifayət qədər iştirakçıların olması və demək olar ki, İslam coğrafiyasını tam əhatə etməsi də öz növbəsində qeyd etdiyimiz kimi Bakının İslam həmrəyliyinə verdiyi daha bir töhfə idi. Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də konfransda çıxışı zamanı bu məqamı xüsusi qeyd etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Azərbaycan prezidenti bu məsələnin bizim üçün prioritet məsələlərdən biri olduğunu qeyd etməklə yanaşı onu da diqqətə çatdırıb ki, Azərbaycan qədim tarixə malik olan bir ölkədir.Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir.
Prezidentin konfransda çıxışı həmçinin Azərbaycanın ictimai-siyasi həyatı, mövcud durumunun İslam ölkələrinə çatdırılması baxımından da önəmli idi. Xüsusilə, ölkəmizlə bağlı qeyd edilən fikirlər hazırda dini baxımdan problemlər yaşayan bəzi İslam ölkələrinə bir nümunə təqdimatı idi. Eyni zamanda prezident bunbunla digər müsəlman ölkələrinə də sanki bir mesaj verirdi ki, həmin ölkələrdə daxillərində, ümumilikdə bu coğrafiyada İslam həmrəyliyinin təmin olunmasına səy göstərsinlər. Prezident çıxışı zamanı dedi ki. ölkə daxilində İslam həmrəyliyi tam təmin olunubdur. Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun: "Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün, sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir. Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilmişdir. Biz cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıqAzərbaycan. Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılıb".
Dövlət başçısının konfransda çıxışı zamanı həm də o məqam əksini tapırdı ki, Azərbaycan qeyd edilən nailiyyətlərə məhz öz multikultural siyasəti ilə nail olub. Bu həm də belə bir anlamı ortaya qoyurdu ki, bu ənənədən, prinsipdən digər ölkələr də istifadə etsələr daha yaxşı nəticələr əldə edilər: "Biz istəyirik ki, həm müsəlman aləmində, həm Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya, ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox önəmlidir. "Multikulturalizm bizim dövlət siyasətimizdir, eyni zamanda, həyat tərzimizdir. Azərbaycanda yaşayan bütün dinlərin, millətlərin nümayəndələri bunu təsdiq edə bilərlər. Multikulturalizmin alternativi yoxdur.".
Və nəhayət, Azərbaycan Prezidentinin çıxışı zamanı əsas diqqət yetirdiyi məsələ Dağlıq Qarabağ problemi ilə bağlı idi. Münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyini bir daha iştirakçı dövlətlərə çatdıran dövlət başçısı qeyd edib ki. rəsmi Bakının mövqeyi beynəlxalq hüquqa tam əsaslanır: "İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi torpağıdır. Digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır". Qeyd edək ki, bundan bir müddət əvvəl də Azərbaycan Prezidenti İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin növbədənkənar zirvə görüşü zamanı çıxış edərkən Dağlıq Qarabağ probleminə diqqət çəkərək rəsmi Bakının mövqeyini İƏT üzv ölkələrinin diqqətinə çatdırmışdı. Eyni zamanda dövlət başçısı son vaxtlar bəzi müsəlman dövlətlərinin işğalçı Ermənistanla əlaqələr qurmaq cəhdlərindən də narahatçılığını ifadə etmişdi. Prezident bildirmişdi ki, işğalçı Ermənistan hansısa müsəlman dövlətinin dostu ola bilməz. İstər İƏT-in İstanbul zirvə görüşü, istərsə də Bakıda keçirilən "2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq" mövzusundakı konfransda Cəınab Prezident İlham Əliyevin geniş və mıəzmunlu çıxışını bir növ Erməniustan sevgisi ilə yaşayan bəzi müsəlman ölkələrinə bir mesaj kimi də dəyərləndirmək olar ki, İslam həmrəyliyini yalnız sözdə deyil, eləcə də əməldə də isbatlamaq lazımdır. Necə ki, bunu Azərbaycan edir.
Süleyman