Saakaşvili: “Avropa ölkələrinin vizasına ehtiyacım yoxdur”
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, nə Hollandiya, nə də digər Avropa ölkəsinin vizasına ehtiyacı yoxdur. Məlumata görə, M.Saakaşvili bunu medianın Hollandiyanın sabiq prezidentə viza verməsi ilə bağlı yazdığı xəbərə cavabında deyib: “Mənim Hollandiya vizasına ehtiyacım yoxdur.
22 Dekabr 2017 13:05 DünyaGürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib ki, nə Hollandiya, nə də digər Avropa ölkəsinin vizasına ehtiyacı yoxdur. Məlumata görə, M.Saakaşvili bunu medianın Hollandiyanın sabiq prezidentə viza verməsi ilə bağlı yazdığı xəbərə cavabında deyib: "Mənim Hollandiya vizasına ehtiyacım yoxdur. Ukraynada olduğum müddətdə istənilən Avropa ölkəsinə daxil ola bilərəm. Mənə bir neçə Avropa ölkəsindən vətəndaşlıq təklifi gəlib. Hətta ABŞ-dan və bəzi Avropa ölkələrindən iş təklif olunub. İstənilən Avropa ölkəsi mənə ərazisinə daxil olmağa icazə verəcək, hər kəs bunu bilir". Azadinform.az