Ərdoğan: “Dünya 5-dən böyükdür, 1-dən isə xeyli böyükdür”
“Suriya və İraqda baş verən proseslər gedərək əhatə altına alınır. ABŞ bizim həssas olduğumuz dəyərlərə hörmətlə yanaşdıqdan sonra onlarla birlikdə əməkdaşlıq etməkdən məmnun olarıq”.
22 Dekabr 2017 12:57 Dünya"Suriya və İraqda baş verən proseslər gedərək əhatə altına alınır. ABŞ bizim həssas olduğumuz dəyərlərə hörmətlə yanaşdıqdan sonra onlarla birlikdə əməkdaşlıq etməkdən məmnun olarıq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezidentin sözlərinə görə, Türkiyə dövləti olaraq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüdslə bağlı toplantısında öz mövqeyimizi ortaya qoyduq: "BMT Təhlükəsizlik Şurası ABŞ-ın vetosu üzərinə bu mövzuda qərar qəbul etmədi. Biz dünya 5-dən böyükdür deyərkən bax bu vəziyyəti nəzərdə tuturduq. Buradan bir daha xatırladırıq ki, dünya 5-dən böyükdür, 1-dən isə xeyli böyükdür. 196 dəfə böyükdür".
Prezident qeyd edib ki, Qüds məsələsi ilə bağlı bitərəf olan və ya səsverməyə qatılmayanların da yeri böyük ehtimalla 128 ölkənin yanıdır: "Biz təxmin edirdik ki, səsvermə 160-190 arası ölkə tərəfindən qəbul ediləcək. Amma Ağ Ev telefonun başına keçdi və oradan tək-tək təhdid etdi. Dövlətlərin demokratik iradələri nə zamandan bəri pulla satın alınmağa başlandı? Demokratiya iradələrin satın alındığı bir anlayış, bir sistem, bir rejim deyil".
Ərdoğan vurğulayıb ki, BMT-də Qüds məsələsinin lehinə səs verən ölkələrə şəxsim və millətim adına xüsusi təşəkkür edirəm: "Beləcə ABŞ-ın atdığı qanunsuz addım BMT tərəfindən qeyri-qanuni hesab edilib". Azadinform.az