“Prezidentin çıxışından irəli gələn ideya ondan ibarətdir ki, bu sahədə fəaliyyət göstərmək önəmlidir”

“İslam həmrəyliyi gəlişi gözəl ibarə və şüarlarda yox, əməllərdə təşəkkül tapmalıdır. Bu baxımdan Azərbaycan klassik nümunə ortaya qoyur”.  Bu fikirləri  siyasi şərhçi Tofiq Abbasov Prezident İlham Əliyevin “2017 - İslam Həmrəyliyi ili: dinlərarası və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransında çıxışını şərh edərkən deyib.

"İslam həmrəyliyi gəlişi gözəl ibarə və şüarlarda yox, əməllərdə təşəkkül tapmalıdır. Bu baxımdan Azərbaycan klassik nümunə ortaya qoyur".  Bu fikirləri  siyasi şərhçi Tofiq Abbasov Prezident İlham Əliyevin "2017 - İslam Həmrəyliyi ili: dinlərarası və mədəniyyətlərarası dialoq" beynəlxalq konfransında çıxışını şərh edərkən deyib. T. Abbasovun fikrincə, prezidentin çıxışından irəli gələn ideyalar ondan ibarətdir ki, çox danışmaqdansa bu sahədə iş görmək, fəaliyyət göstərmək önəmlidir: "Ölkəmizdə bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi, rəsmi Bakının uğurlu diplomatik gedişləri, innovasiya xarakterli təşəbbüslərin gerçəkləşdirilməsi ondan xəbər verir ki, Azərbaycan tək özünün xeyrinə işləyən layihələri deyil, ümummüsəlman birliyinin möhkəmlənməsinə hesablanmış proqramlara üstünlük verir və bununla da islam həmrəyliyini əməli qidalandırır". 

T. Abbasovun sözlərinə görə, Azərbaycanın  sözügedən sahədə dinamizm nümayiş etdirməsi  onu göstərir ki, müsəlman ölkələrinin əhalisinin sayı, ərazisinin böyüklüyü əsas şərt sayıla bilməz: "Fikrimcə, nisbətən yığcam və balaca olan ölkələr bəzən daha böyük töhfələr verə bilirlər və onların davranışı passiv mövqe tutan ölkələr üçün örnək olmalıdır".  
Şərhçi əlavə edib ki, Qüds probleminə gəldikdə isə Bakı yenə ən sağlam, şəffaf və uzaqgörən mövqe tutub hətta  böyük dövlətlərdən tələb edir ki, onlar beynəlxalq hüququ ayaq altına almasınlar və sağlam nizamın keşiyində dura bilsinlər: "Əgər digər müsəlman ölkələri Azərbaycanın yolu ilə getsələr, onda "islam həmrəyliyi" deyilən anlayış konkret məzmunla təmin edilə bilər. Fikrimcə, bu bütün islam dünyasının dirçəlməsinə zəmanət yarada biləcək". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31