ABŞ dünən BMT-də Qüds qərarının əleyhinə səs verməyən dövlətlərə “təşəkkür ziyafəti” verəcək
ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamsı haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcək.
22 Dekabr 2017 12:34 DünyaABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmamsı haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcək.
Türkiyə mətbuatı yazır ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyle bildirib.
O, həmin dövlətlərin BMT-dəki təmsilçilərinə göndərdiyi məktubda təşkil olunacaq tədbiri "ABŞ-la dostluqlarına görə təşəkkür" ziyafəti adlandırıb.
Ziyafət 2018-ci il yanvarın 3-də veriləcək.
Qeyd edək ki, ötən gecə BMT Baş Assambleyası Türkiyə və Yəmənin təqdim etdiyi "İsrailin işğal edilmiş Şərqi Qüdsdə və Fələstin ərazisinin qalan hissəsində qanunsuz fəaliyyəti" adlı qətnamə layihəsini təsdiqləyib. Sənədin lehinə 128 ölkə səs verib.
ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya qətnamə layihəsinin əleyhinə olub. 35 dövlət, o cümlədən Çexiya, Argentina, Avstraliya, Latviya, Polşa, Xorvatiya isə bitərəf qalıb.
Gürcüstan, Ukrayna, Moldova, Monqolustan, Zambiya daxil olmaqla 21 ölkə səsvermədə iştirak etməyib.
Beləliklə, ABŞ yanvarın 3-də İsrail də daxil olmaqla 64 dövlətin nümayəndəsinə "təşəkkür ziyafəti" verəcək.