Yuyucu tozunun içərisində dərman keçirmək cəhdi baş tutmadı

Gömrükdə yuyucu vasitənin içində "Tramadol" adlı dərman preparatı aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Gömrükdə yuyucu vasitənin içində "Tramadol" adlı dərman preparatı aşkar edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Əl yükünə baxış zamanı yuyucu vasitənin içində istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1491 ədəd olan "Tramadol" adlı dərman preparatı aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31