Kataloniya inad etdi, yenə separatçılığa səs verdi

İspaniyanın Kataloniya bölgəsinin müstəqilliyini tələb edən partiyalar regional parlamentdə tam çoxluğa nail ola bilərlər. Kataloniyada keçirilmiş regional seçkilərdə səslərin 52 faizinin sayılmasından sonrakı rəsmi nəticələr buna dəlalət edir.

İspaniyanın Kataloniya bölgəsinin müstəqilliyini tələb edən partiyalar regional parlamentdə tam çoxluğa nail ola bilərlər. Kataloniyada keçirilmiş regional seçkilərdə səslərin 52 faizinin sayılmasından sonrakı rəsmi nəticələr buna dəlalət edir.

Kataloniyanın müstəqilliyini tələb edən partiyalar 135 yerli parlamentdə 70 mandata yiyələniblər. Mütləq çoxluq üçün 68 mandat yetərlidir.

İlkin nəticələrə görə, Kataloniya hökumətinin (Jeneralitat) sabiq rəhbəri Karles Puçdemonun başçılıq etdiyi "Birlikdə, Kataloniya uğrunda" Partiyası seçkilərdə 22 faiz səs toplayıb. Bu isə 34 mandat deməkdir.

Kataloniya hökuməti başçısının sabiq müavini Oriola Junkersin sədr olduğu Kataloniya Sol Respublikaçılar Partiyası 21,5 faiz səs toplayaraq 32 mandata yiyələnib. O.Junkers hazırda Madriddə həbsxanadadır.

İfrat solçu Xalq Vəhdəti Namizədliyi Partiyası 4 faiz səs yığaraq 4 mandata sahib olub.

Mərkəzçi Vətəndaşlar Partiyası birinci yer uğrunda "Birlikdə, Kataloniya uğrunda" Partiyası ilə mübarizə aparır. Mərkəzçilər 24 faiz səsə və 35 mandata yiyələniblər.

Sosialist Partiyası 18 mandata (14 faiz səs), Xalq Partiyası - 4 mandata (4 faiz) "Catalunya En Comu-Podem" koalisiyası 8 mandata (7 faiz səs) yiyələnib.

Karles Puçdemonun tərəfdarları parlament seçkilərinin nəticələrini bayram edirlər. Onlar Barselona küçələrində yürüşə çıxaraq "Puçdemon - prezident!" qışqırırlar.

İspaniyanın tərkibində qalmağın tərəfdarı olan Vətəndaşlar Partiyası hamıdan çox mandata yiyələnməsə də, Kataloniyanın müstəqilliyini tələb edən 3 əsas separatçsı partiya mütləq çoxluğa yiyələniblər.

El Pais hesab edir ki, Kataloniyadakı seçkilər birmənalı olaraq İspaniyanın baş naziri Mariano Rahoyun məğlubiyyətidir. M.Rahoy vaxtından əvvəl seçkilərin təşəbbüskarı idi və düşünürdü ki, katalonların əksəriyyəti separatçıları dəstəkləməyəcək.

Səsvermə prosesinə seçicilərin 81 faizi qatılıb.

Həbsdən qurtulmaq üçün Belçikaya qaçan və indi Brüsseldə olan K.Puçdemon Sexta telekanalındakı çıxışında qələbəsini bəyan edib: "Katalon respublikası 155-ci maddənin monarxiyasına qalib gəldi. Rahoy uduzdu".

İspaniya Konstitusiyasının bu maddəsi Kataloniyada yerli özünüidarəni məhdudlaşdırır.

Buna rəğmən, Vətəndaşlar Partiyasının sədri, Kataloniya başçısı postuna namizəd İndes Arrimandas seçkilərin nəticələrindən razı qaldığını bəyan edib: "Artıq deyə bilərik ki, Kataloniyadakı seçkilərin qalibiyik. Separatçılar bundan sonra heç vaxt Kataloniyanın adından danışa bilməyəcəklər".

Kataloniyada növbədənkənar seçkilərin keçirilməsi barədə rəsmi Madrid oktyabrda qərar qəbul etmişdi. Səbəb ölkənin demokratiya tarixində ən böyük böhran - Kataloniyada keçirilmiş referendumdan sonra yerli parlamentin dövlət müstəqilliyini bəyan etməsi idi.

Madrid bu referendumu qanunsuz elan etmişdi.

İndi Kataloniyanın rəhbərinin müəyyənləşdirilməsi və hökumətin heyətinin formalaşması ilə bağlı ilə danışıqlar başlanmalıdır.

Katalon separatçılarının rəhbəri Karles Puçdemon hazırda Belçikanın paytaxtı Brüsseldədir.

İspaniyanın Ali Məhkəməsi onun həbsinə qərar verib. Milli.az El Mundo-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31