Deputat: “Güc və şantajla heç də həmişə iş keçirmək olmur”
“Financial Times” qəzeti və "Spigel" dərgisində ölkəmizlə bağlı böhtan xarakterli iki yazının eyni vaxtda dərci və bu cızma-qaralarda eyni klişelərin yer alması onu göstərir ki, onlar eyni mərkəzin sifarişidir. Özü də sifarişçi o qədər həyasızdır ki, bunu gizlətmək belə istəmir”. Məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
22 Dekabr 2017 11:51 Siyasət"Financial Times" qəzeti və "Spigel" dərgisində ölkəmizlə bağlı böhtan xarakterli iki yazının eyni vaxtda dərci və bu cızma-qaralarda eyni klişelərin yer alması onu göstərir ki, onlar eyni mərkəzin sifarişidir. Özü də sifarişçi o qədər həyasızdır ki, bunu gizlətmək belə istəmir". Məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, hazırda Avropada gedən proseslərə yanaşmada baxışları o qədər də üst-üstə düşməyən iki müxtəlif ölkənin, yəni Böyük Britaniya ilə Almaniyanın aparıcı nəşrlərində, nə həmin ölkələrin özlərinə, nə də yalanlarla dolu olduğundan onu dərc edən qəzetlə dərgiyə baş ucalığı gətirməyən yazıları yerləşdirtdirməklə güc sərgiləyir. Göstərmək istəyir ki, bu dərəcədə qüdrətlidir, əli hər yerə çatır, ona görə də maraqları nəzərə alınmalıdır.
Amma BMT Baş Assambleyasındakı səsvermə göstərdi ki, güc və şantajla heç də həmişə iş keçirmək olmur. Azərbaycana yanaşmada isə bu ancaq əks effekt verib, verir və verəcək!".