V Azərbaycan-Rusiya Gənclər Forumu keçirilib

Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib. 

Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" mövzusunda V Azərbaycan-Rusiya Gənclər Forumu işə başlayıb. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak edib. 
Gənclər və idman naziri Azad Rəhimov forumun açılışında çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışıb. Nazir deyib ki, ölkəmizdə gənclərin inkişafını dəstəkləmək, sağlamlıqlarını qorumaq, onların təhsili və asudə vaxtlarının səmərəliliyini təmin etmək istiqamətində mühüm addımlar atılır. Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycanda bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün yaradılan şərait barədə danışıb. O bildirib ki, bu forumun keçirilməsində əsas məqsəd yaxın qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir.
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında əlaqələr hərtərəflidir. Rusiya Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Əməkdaşlığımız getdikcə daha da inkişaf edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov respublikamızda aparılan uğurlu gənclər siyasətindən, Azərbaycan və Rusiya gənclərinin bütün sahələrdə qurduğu əməkdaşlıqdan və bu əməkdaşlığın faydalarından söhbət açıblar.
Qeyd edək ki, dekabrın 23-dək davam edəcək forumun təşkilatçısı Gənclər və İdman Nazirliyi, həmtəşkilatçıları Rusiya Elm və Təhsil Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Gənclər Təşkilatları Milli Şurası və Rusiyanın Uşaq və Gənclər Birlikləri Milli Şurasıdır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31