Tengiz Şarmanaşvili Qiorqi Baramidzenin həbsini şərh edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasından olan deputat Tengiz Şarmanaşvili "Vahid Milli Hərəkat"ın liderlərindən biri Qiorqi Baramidzeyə qarşı irəli sürülən ittihamlara münasibət bildirib. Şarmanaşvili Baramidzenin təqiblərə məruz qalması barədə iddiaları rədd edərək, onun konkret cinayət əməlinə - təxribata (sabotaj) görə məsuliyyətə cəlb edildiyini vurğulayıb. 

Deputatın sözlərinə görə, Baramidzenin Abxaziya müharibəsi zamanı gürcü hərbçilərinin əsirləri yerindəcə güllələməsi haqqında bəyanatı Gürcüstanın nüfuzuna, ərazi bütövlüyünə və sülh prosesinə böyük zərbə vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31