Müsabiqə qalibləri bəlli olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. İdarədən “OLAYLAR”-a bildirilib ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 35 nömrəli tam orta məktəbin komandası 44 balla I, 160 nömrəli Klassik Gimnaziyanın komandası 39 balla II, 156 nömrəli tam orta məktəbin komandası isə 38 balla III yerə layiq görülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. İdarədən "OLAYLAR"-a bildirilib ki, müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 35 nömrəli tam orta məktəbin komandası 44 balla I, 160 nömrəli Klassik Gimnaziyanın komandası 39 balla II, 156 nömrəli tam orta məktəbin komandası isə 38 balla III yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin final mərhələsində Yasamal rayonu 286, Nərimanov rayonu 177, Binəqədi rayonu 182, Nəsimi rayonu 35, Qaradağ rayonu 180, Xəzər rayonu 156, Suraxanı rayonu 104, Pirallahı rayonu 168, Sabunçu rayonu 72 və 108, Xətai rayonu 204 və 249, Nizami rayonu 70 və 109  nömrəli tam orta məktəblərin və Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın komandaları iştirak edib. Müsabiqə qaliblərinə BŞTİ tərəfindən diplomlar təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31