Suriyada kütləvi etirazlar: Əsədin devrilməsindən bəri ən böyük dalğa

Olaylar.az xəbər verir ki, Suriyada sentyabrın 12-dən etibarən yanacağın kəskin bahalaşması ölkə daxilində kütləvi itiaətsizlik dalğası yaradıb. Hökumətin dizel yanacağını 40%, benzini 26-28%, qazı isə təxminən 9% bahalaşdırmasından sonra əhali küçələrə axışıb. Bu iğtişaşlar 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin devrilməsindən bəri ölkədə baş verən ən böyük etiraz aksiyaları kimi qiymətləndirilir.

Nümayişçilər qiymətlərin əvvəlki həddə qaytarılmasını, həmçinin energetika və iqtisadiyyat nazirlərinin istefasını tələb edirlər. Ölkə boyu magistral yollar bağlanır, təkərlər yandırılır və neft emalı zavodlarına gedən benzin çənləri bloklanır. Daxili təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşmalar baş verir.

Suriya Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əbdülhəmid Silyat qiymət artımını daxili amillərlə deyil, dünya bazarındakı mövcud vəziyyət və ölkənin neft məhsullarından yüksək idxal asılılığı ilə əlaqələndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31