Gündəm
Kanada Azərbaycan vətəndaşlarının yarıdan çoxuna viza verməyib
1995-2016-cı illərdə 169 Azərbaycan vətəndaşı Kanadadan deportasiya edilib. Bunu cavab olaraq Kanadanın Sərhəd Xidmətləri Agentliyindən bildiriblər. Məlumata görə, son 21 ildə bu ölkədən Azərbaycan vətəndaşlarının çıxarılması faktları ən çox 2002-ci ildə qeydə alınıb. Həmin il 17 nəfər Kanadadan deportasiya edilib. 2016-cı ildə isə 8 nəfər ölkədən çıxarılıb.
"Növbəti tədris ilindən texnoloji sahə üzrə kadrların hazırlanması nəzərdə tutulur"
2018-2019-cu tədris ilində texnoloji sahə üzrə kadrların hazırlanması nəzərdə tutulur. Bunu təhsil naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov "Elektron Təhsil" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.
Putin parlamenti siyasi mübarizəyə qoşulmamağa, işləməyə çağırıb
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ötən gün parlament üzvləri ilə olan görüşündə çıxış edib. V.Putin parlament üzvlərini qanunverici fəaliyyətlərini unudaraq, prezident seçkiləri fonunda siyasi mübarizəyə daxil olmamalarını bildirib.
Yeni təhsil naziri çadraya qarşı çıxıb
Avstriyanın yeni təhsil naziri Heinz Fassmannın çadra ilə bağlı açıqlaması ölkədə yaşayan müsəlmanların sərt reaksiyasına səbəb olub. Təhsil nazirinin sözlərinə görə, din dərsləri və özəl məktəblərdən başqa, müəllimlərin çadra taxmaması lazımdır. Nazirin bu sözlərinə 1912-ci ildən etibarən İslam dinin rəsmi olaraq qəbul edildiyi Avstriyada yaşayan müsəlmanlar sərt reaksiya verib.
Daha 3 rayonda Olimpiya İdman Kompleksi tikilir
Cari il ərzində respublikanın iki rayonunda Olimpiya İdman Kompleksi istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirib ki, bunlar Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Kompleksləridir. Bundan başqa Şirvan şəhərində Gənclər Evi də istifadəyə verilib.
Ölkədə iqtisadi artım üçün hər cür şərait var
Cari ilin sonu yaxınlaşdıqca müxtəlif istiqamətlər və sahələr üzrə dəyərləndirmə, qiymətləndirmə aparılır. Bu mənada iqtisadi sahədə 2017-ci ilin necə olduğu, hansı uğurlar və ya uğursuzluqlar qeydə alındığına diqqət yetirmək zəruridir. İlin iqtisadi göstəricilərinə diqqət çəkən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, hökumətin keçən ilin əvvəlindən etibarən həyata keçirməyə başladığı tədbirlər - yəni, iqtisadiyyatı idarəetmə sistemini təkmilləşdirməsi ilə yanaşı, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, o cümlədən, pul-kredit siyasətini daha da sərtləşdirməsi, həmçinin xarici iqtisadi faktorların təsirlərinin də 2016-cı ilin ikinci yarısından yumşalmağa başlaması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfdən istehsalın azaldılacağıyla bağlı söhbət ortaya çıxan gündən sabitləşməsi nəticəsində, 2017-ci ildə ölkədə iqtisadi artımın bərpa olunacağı haqda qabaqcadan proqnoz vermək imkanı yarandı: “Və elə ilin ilk ayından da bu, özünü doğrultdu.
İŞİD kabusu bitir?
Artıq bir müddətdir ki, bəşəriyyətin kabusuna çevrilən İŞİD terror təşkilatı nəzərə çarpacaq dərəcədə zərərsizləşdirilib, onun sıraları darmadağın edilib. İraqda məğlubiyyətə uğrayan terror təşkilatının daha sonra Suriyada eyni aqibəti yaşaması İŞİD-in tamamilə bu regiondan uzaqlaşması və nisbətən daha təhlükəsiz məkanlara transfer etməsinə zəmin yaradıb.
Müflisləşmə zamanı hansı öhdəliklərdən yaxa qurtarmaq mümkündür?
Dünya praktikasında hüquqi və ya fiziki şəxslərin özünü müflis elan etməsi praktikasına tez-tez rast gəlinir. Sözügedən praktika Azərbaycanda da müşahidə olunmaqdadır. Maraqlı məsələ ondan ibarətdir ki, müflisləşmə zamanı hüquqi və yaxud fiziki şəxslər hansı öhdəlikləri yerinə yetrirməlidirlər? Sirr deyil ki, bir çox hallarda belə addımlar vergidən yayınmaq, üzərlərinə götürdükləri vəzifələrin icrasından daşınmaq məqsədilə atıla bilir. Daha dəqiq, qarşılarına vətəndaşları aldatmaq məqsədi qoymuş hüquqi və fiziki şəxslər özlərini müflis elan etməklə fəaliyyətlərini başqa adla davam etdirilər. Son zamanlar isə Azərbaycanda bankların müflis elan edilməsi halları baş verməkdədir. Məlumat üçün qeyd edək ki, artıq ondan artıq bank rəsmi şəkildə fəaliyyətini dayandırmış elan edib. Elə isə maraqlıdır, hüquqi və fiziki şəxslər müflis elan edilməklə bütün məsuliyyəti üzərlərindən ata bilirlərmi? Başqa sözlə, borclu nə vaxt ödəmə qabiliyyəti olmayan sayıla bilər?
Uğurlu xarici siyasət ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb
Başa çatmaqda olan 2017-ci ili Azərbaycan üçün uğurlu il hesab etmək olar. Xüsusən, xarici siyasət sahəsində əldə edilən naliyyətlər ölkəmizin beynəlxalq imicinni artması ilə nəticələnib. Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Artıq qətiyyətlə demək olar ki, Azərbaycan nəinki regionda, eləcədə beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaşa çevrilib.
10 saat canlı yayımda oldu – On minlərlə insan izlədi
Məşhur kompüter oyunlarının yaradıcısı Jeff Kaplan heç nə etmədən 10 saat canlı yayımda olub. Olaylar.az bildirir ki, bu zaman onu on minlərlə insan izləyib. Jeff Kaplan 10 saat ərzində yalnız telefonuna edilən bir zəngə cavab verərək, hazırda danışa bilməyəcəyini, 10 saat boyunca həyata keçirəcəyi planı barədə düşünməli olduğunu bildirib.
Ermənistanın Təl-Əviv-Bakı münasibətlərinə zərbə vurmaq cəhdi
Azərbaycanın beynəlxalq əlaqələr, ikitərəfli əməkdaşlıq müstəvisində əlaqələrinin yüksələn xətlə inkişaf etidyi ölkələrdən biri də İsraildir. Düzdür, zaman-zaman Təl-Əvivlə Bakı arasında əlaqələrə zərbə vurmaq cəhdlərinə əl atılır, iki ölkə arasında ciddi şəkildə ziddiyyətlər yaratmağa çalışılır.
Müdafiə naziri cəbhə xəttində şəxsi heyətlə görüşüb
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti daha bir hərbi hissədə əsgərlərlə görüşüb, yeni inşa edilən qərargah binasının və hərbi texnika üçün saxlancların açılışında iştirak edib.
"Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Dekabrın 26-da Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, qaliblər və KİV təmsilçiləri iştirak ediblər.Tədbirdə çıxış edən Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron təhsil" Respublika müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır.
Rusiya prezidentliyinə daha bir namizəd Tahir İslamov kimdir?
Rusiya Korlar Cəmiyyətinin vitse-prezidenti Tahir İslamov 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürdüyünü açıqlayıb. Məlumata görə, o, bu barədə prezident seçkilərinə həsr olunmuş mətbuat konfransında elan edib.
Rusiyada evini bu şəxslərə kirayə verənlərin cəzası sərtləşdirildi
Rusiyanın Federasiya Şurası ölkənin İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri qəbul edib. Məlumata görə, yeni dəyişikliklərə əsasən, qeyri-leqal miqrantlara yaşayış yeri və avtomobilin verilməsi üçün cərimələr sərtləşdirilir.












.jpg)

