İŞİD kabusu bitir?

Artıq bir müddətdir ki, bəşəriyyətin kabusuna çevrilən İŞİD terror təşkilatı nəzərə çarpacaq dərəcədə zərərsizləşdirilib, onun sıraları darmadağın edilib. İraqda məğlubiyyətə uğrayan terror təşkilatının daha sonra Suriyada eyni aqibəti yaşaması İŞİD-in tamamilə bu regiondan uzaqlaşması və nisbətən daha təhlükəsiz məkanlara transfer etməsinə zəmin yaradıb.

Bu terror təşkilatını yaradanlar Yaxın Şərqdə istəklərinə nail olmadıqları üçün ondan imtina edirlər

Artıq bir müddətdir ki, bəşəriyyətin kabusuna çevrilən İŞİD terror təşkilatı nəzərə çarpacaq dərəcədə zərərsizləşdirilib, onun sıraları darmadağın edilib. İraqda məğlubiyyətə uğrayan terror təşkilatının daha sonra Suriyada eyni aqibəti yaşaması İŞİD-in tamamilə bu regiondan uzaqlaşması və nisbətən daha təhlükəsiz məkanlara transfer etməsinə zəmin yaradıb. Etiraf etmək lazımdır ki, İŞİD terror təşkilatının zərərsizləşdirilməsində ona qarşı antiterror koalisiyası adı altında fəaliyyət göstərən Qərb ölkələri, Birləşmiş Ştatlar və müttəfiqləri deyil, məhz Rusiya mühüm rol oynadı. Elə bu səbəbdəndə də İŞİD terror təşkilatının Rusiya Federasiyasının sərhədlərinə doğru transfer edəcəyi, şimal qonşumuza ağır zərbələr endirəcəyi daha çox səslənən ehtimallar arasındadır. Düzdür, artıq İŞİD-in sosial bazası və malik olduğu hərbi arsenal bu terror təşkilatının o səviyyədə ciddi terraktlar törədəcəyini mümkünsüz edir, ancaq bütün halda hələ də İŞİD təhlükəsiz tam aradan qalxmayıb deyə bilərik. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Suriyada İŞİD terror təşkilatının darmadağın edilməsində Rusiya faktoru danılmazdır. Politoloqun sözlərinə görə, Birləşmiş Ştatların və Qərbin dəstək verdiyi, təssüf ki, AKP hakimiyyətin də bir zamanlar bu terror təşkilatı ilə adının hallanması nəticəsində Suriyada terror təşkilatı qalib gəlməkdəydi: "Əgər, İŞİD terror təşkilatı Suriyada qalib gəlsəydi Yaxın Şərq, İran, Şimali Qafqaz, Mərkəzi Asiya bu xaosa yuvarlanacaqdı. Suriyada bir sıra uğur qazanan İŞİD məhz Qərb güclərinin ilə Mosulu və İraqın digər şəhərlərini işğal etmişdi". Məhəmməd Əsədullazadə deyib ki, Əsəd rejimini Birləşmiş Ştatlar və Qərb məhz yaratdığı terror qruplaşmaları ilə devirməyi planlayırdı: "Bəli, bu gün İŞİD-ə Yaxın Şərqdə çox ciddi zərbə vurulub. Bölgəmiz içində olmaqla region böyük xaosdan qurtulmaq üzrədir. Bir müddət əvvəl Misirdə Məsciddə İŞİD terror təşkilatının hücumu nəticəsində 300 yaxın insanın öldürülməsi, bir daha bu terror təşkilatının Sinay yarmadasını məskən seçməsini ortaya çıxardı. Xüsusilə Sinay yarmadasında bədəvi ərəblər və yoxsul insanlar çoxluq təşkil edir.  Burada İŞİD-ə dəstək verilməsi ortadadır. Həmçinin İsraillə müqaviləyə görə Misir Sinay yarmadasında ağır texnika saxlaya bilməz. Buna görə də Misirə qarşı təzyiq və digər məsələlər üçün Sinayda İŞİD-in mövcudluğu üçün münbit şərait var. Qeyd edim ki, Şimaldan İsrail və Cənubdan Misir rahat şəkildə hərbi əməliyyatlar keçirib, İŞİD-i Sinayda məğlub edə bilər. Artıq, dünyada yeni nizam formalaşır. Bu nizamın formalaşması, çox ağır qanlar bahasına başa gəlir.

Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev isə deyib ki, İraq və Suriya ərazilərinin böyük hissəsini qısa müddət ərzində zəbt etmiş olan İŞİD terror qruplaşması "əriyib" yoxa çıxdı: "Məhv edildi demirəm, çünki ortada 10 minlərlə məhv edilmiş İŞİD-çi falan görülmədi. Tam əksinə İŞİD-in böyük konvoylarla İngiltərə hərbçilərinin gözü önündə bölgədən uzaqlaşdığı müşahidə edildi. İngilis əsgərləri də açıqca etiraf etdilər ki, bu haqda məlumatlı idik və müdaxilə etmədik. Böyük ehtimalla İŞİD-in Yaxın Şərq layihəsindəki rolu Suriya, İraq, İran və Türkiyə sərhəddi boyu PKK/YPG/PYD terrorçularının yerləşdirilməsinə nail olmaq və bu terrorçu qrupların İŞİD-in varlığı bəhanə edilərək silahlandırılması idi. İŞİD bu məqsədə çatmaq üçün bir vasitə idi və məqsədə çatıldığı üçün İŞİD-in bölgədəki rolu bitmiş hesab edildi. Mövcud durumu izah edən xəritəyə baxarkən bu həqiqəti görməmək mümükün deyil. "Yaxın Şərq Layihəsi" İngiltərə Dərin Dövlətinin həyata keçirdiyi 100 illik planın yeni adıdır və plana görə bölgədə güc sahibi tək müsəlman ölkəsi saxlamamaqdır. Lakin Allah plan quranların ən xeyirlisidir. Allah qatında müsəlmanlara qarşı qurulan hər plana qarşı qurulmuş daha böyük plan vardır. Allah ömür versə kimin sonunun hüsran olduğunu yaşayıb görəcəyik".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31