Daha 3 rayonda Olimpiya İdman Kompleksi tikilir

Cari il ərzində respublikanın iki rayonunda Olimpiya İdman Kompleksi istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirib ki, bunlar Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Kompleksləridir. Bundan başqa Şirvan şəhərində Gənclər Evi də istifadəyə verilib.

Cari il ərzində respublikanın iki rayonunda Olimpiya İdman Kompleksi istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirib ki, bunlar Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman Kompleksləridir. Bundan başqa Şirvan şəhərində Gənclər Evi də istifadəyə verilib. Nazirlikdən bildirilib ki, Lənkəran rayonunda Olimpiya İdman Kompleksinin isə yenidən qurulması işləri davam etdirilir. Qala qəsəbəsində və Yardımlı rayonunda İdman Kompleksləri, Tərtər, Neftçala və Goranboy rayonlarında Olimpiya İdman Kompleksləri, Bakı şəhərində Olimpiya Hərəkatı və İdman Muzeyinin, Şəki şəhərində, Quba, Bərdə və Şamaxı rayonlarında Gənclər evləri, Buzovna, Türkan, Qobustan, Qaraçuxur və Bülbülə qəsəbələrində idman zallarının isə tikintisinə başlanılıb və inşası davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31