Gündəm
Azercell kiber-təhlükəsizlik tədbirlərinə davam edir
İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verən və bu sahədə son illərdə bir sıra yeniliklərə imza atan Azercell Telekom MMC daha bir layihəyə başlayıb. Artıq bir müddətdir ki, şirkət Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimlərə start verib. Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlığı çərçivəsində şirkət əvvəl Bakı şəhəri 6 saylı orta məktəbdə "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirib. Qeyd edək ki, 2014-cü ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) yerli müəllimlər, məktəb liderləri və digər təhsil işçilərinə müasir tədris üsulları barədə təlimlər keçir, tədrisin bütün sahələrinə yönələn konfrans və tədbirlər təşkil edir.
İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin edilib
Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvləri təyin ediliblər:
Apteki qarət edən saxlanıb
Şağan qəsəbəsindəki apteklərin birindən oğurluqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 24-dək olan müddətdə Şağan qəsəbəsindəki apteklərin birindən 602 manat, məişət əşyaları və dərman preparatları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Asif Kərimov saxlanılmışdır.
Evdən qızıl aparan qadın ələ keçdi
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə nəticəsində dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 5000 ABŞ dolları və 15000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılmışdır.
Həmkəndlisini qətlə yetirən tutulub
Ağdam rayonunun Qaradağlı kəndindən kənd sakini Səxavət Cəfərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 25-də Ağdam rayonunun Qaradağlı kəndindən kənd sakini Səxavət Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Yardımlı sakinidən tiryək götürülüb
Yardımlı rayonunun Zevin kənd sakinində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, daxil olan məlumat əsasında Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Zevin kənd sakini, əvvəllər məhkum olunmuş Rizvan Sarıbalayevin yaşadığı evin həyətinə baxış keçirilmiş, bu zaman 745 qram tiryək aşkar edilərək götürülmüşdür.
Öz evindən 10 min manatlıq qızıl oğurladı
Ağcabədidə evlərin birindən 10000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu Fariz saxlanılmışdır. Araşdırma aparılır.
Gəncə sakinlərindən psixotrop həblər götürülüb
Gəncə şəhər sakinlərindən müxtəlif həblər götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ-nin əməkdaşları tərəfindən Gəncə şəhər sakinləri Orxan Kərimovdan güclü psixotrop təsirə malik 8 ədəd, Seyidağa Quliyevdən isə 10 ədəd “Tramadol” həbləri götürülmüşdür. Faktla bağlı araşdırma aparılır.
Bakı məktəblisi beynəlxalq yarışın qalibi olub
Paytaxt məktəblisi İranda idmanın üzgüçülük növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ramil Vəlizadə 13-14 yaşlı oğlanlar arasında kəpənək üsulunda 100 metr məsafəyə üzmə yarışlarında qələbə qazanıb. R.Vəlizadə medal və diplomla təltif olunub.
Bu il gənclər təşkilatlarının 109 layihəsi maliyyələşdirilib
2017-ci il ərzində Azərbaycanda gənclər sahəsində 141 tədbir keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, onlardan 123 -ü yerli, 18-i isə beynəlxalq səviyyəli olub.
Gəmiçilikdə Rusiya şirkətləri ilə görüş keçirilbi
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti ilə Rusiya Federasiyasının Birləşmiş Gəmiqayırma Korporasiyası, “Qazprombank” Səhmdar Cəmiyyəti və Rusiya İxrac Mərkəzinin nümayəndələri arasında işgüzar görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı qonaqlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC haqqında ətraflı məlumat verilib. Gəmiçiliyin fəaliyyətini əks etdirən təqdimat nümayiş olunub.
Təranə və Nazənin qalmaqalına Xoşqədəm qarışdı: "... bunlardan utanıram"
Uzun müddətdir müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumral aparıcı Xoşqədəm Hidayətqızından kömək istəyib. Təranə "Səni axtarıram" verilişinə çıxıb.
Avtobus piyadanı vurub öldürdü
Bakıda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib. “Olaylar” xəbər verir ki, Nərimanov rayonu Ağa Nemətulla küçəsində (metronun “Nərimanov stansiyasının yaxınlığı”) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi “Daewoo” markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub. Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb.
ABŞ-ın Ukraynaya silah verməsinə Rusiyadan cavab
Rusiya ABŞ və Kanadanı Ukraynaya verilən silahların hansı nəticələrə səbəb olacağını analiz etməyə çağırır. Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi, Moskvanın MDB üzrə kuratoru Qriqori Karasin söyləyib. Onun sözlərinə görə, heç kim bu silahların terrorçuların əlinə keçməyəcəyinə zəmanət vermir: “Vaşinqtonla Ottava bu silahların yad əllərə keçməməsinə zəmanət verə bilərmi? Bu silahlar terrorçulara çatmayacaqmı? Kim zəmanət verə bilər ki, bu silah ukraynalı qaçaqmalçılar vasitəsilə Yaxın Şərq və ya ABŞ üçün təhlükəli olan nöqtələrə göndərilməyəcək? Bu silahlar konflikti qızışdıracaq və ona digər dövlətlərin müdaxiləsinə şərait yaradacaq. Bununla ABŞ və Kanada “Pandorra qutusu”nu açır”.
Patruşev: ABŞ Rusiyanın bu imicindən istifadə edir
Vaşinqton Rusiyanı aqressor ölkə adlandırmaqla özünün soyuq müharibə dövründən qalma ekspansionist siyasətini gizlədir. Bunu “Arqumentı i Faktı” qəzetinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev söyləyib.








.jpg)





