Bu il gənclər təşkilatlarının 109 layihəsi maliyyələşdirilib
2017-ci il ərzində Azərbaycanda gənclər sahəsində 141 tədbir keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, onlardan 123 -ü yerli, 18-i isə beynəlxalq səviyyəli olub.
26 Dekabr 2017 13:35 Sosial2017-ci il ərzində Azərbaycanda gənclər sahəsində 141 tədbir keçirilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, onlardan 123 -ü yerli, 18-i isə beynəlxalq səviyyəli olub. Hesabat dövründə gənclər təşkilatlarının 109 layihəsi maliyyələşib, 261 nəfər xarici ölkələrə ezam olunub, 2334 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib. 2 fevral 2017-ci il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gənc "Gənclər üçün Prezident Mükafatı" ilə təltif edilib. Bundan başqa 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə 28 nəfər istedadlı və yaradıcı gənc Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb.