Gündəm
“Kəklikotu”ya şok ittiham: başqa filmdən götürülüb...
Kəklikotunu başqa bir bitki ilə əvəzləmək ideyası dəfələrlə istifadə olunub. Kino prinsipcə xoşuma gəldi, montaj və s. yaxşıdır, dinamik çəkilib. Sözün əsl mənasında filmə baxmaqdan zövq aldım. Aktyorlardan ən xoşuma gələn Müşfiq Şahverdiyevin rolu oldu. Düzü, Müşfiqi belə sərbəst oynayan görməmişdim.
2019 seçkisində Ərdoğanın şansı... - Sorğu
Türkiyənin şərq və cənub-şərq regionlarında keçirilən sorğuda əhalinin böyük əksəriyyəti 2019-cu ildə ölkədə keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcəyini bildirib.
İsrailin yeni planı - 10 ölkə səfirliyini Qüdsə köçürəcək
İsrail səfirliklərini Təl-Əvivdən Qüdsə köçürmək istəyən 10-a yaxın ölkə ilə danışıqlar aparır. Bunu “İsrail radiosu”na açıqlamasında İsrail xarici işlər nazirinin müavini Tzipi Hotovely deyib.
Bu il doğuş zamanı 20 ana ölüb – 4 həkim işdən çıxarılıb
Azərbaycanda bu il ərzində 20 ana ölümü faktı qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirib.
Yeni il gecəsi “O səs Türkiyə” də kimlər olacaq?
Hər il yeni il gecəsində bayram buraxılışı ilə efirə çıxan “O səs Türkiyə”də tamaşaçılar məşhur simaların maraqlı çıxışlarını izləyirlər. Olaylar.az bildirir ki, verilişin aparıcısı Acun Ilıcalı yeni il gecəsi “O səs Türkiyə”də iştirak edəcək iki məşhurun ismini açıqlayıb.
Deputat: “Azərbaycan etibarlı tərəfdaş imicini daha da gücləndirib”
“2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasət fəaliyyətini uğurlu hesab edirəm”. Bu fikri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.
“Rusiya yaxşı başa düşür ki, Ermənistanla danışıq metodlarını dəyişməlidir”
Bu gün Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Nəzərə alsaq ki, sammitə Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putin də qatılacaq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar aparıla bilərmi?
Təhsil Nazirliyi hökumətə kadr hazırlığı ilə bağlı yeni təkliflər təqdim edəcək
Təhsil Nazirliyi (TN) 2018-2019-cu tədris ilində ali, orta ixtisas və peşə təhsili sistemində texnoloji sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.
Gürcüstan DTX: Çatayev və tərəfdarları Gürcüstan və Türkiyədə terror aktları törətmək istəyib
“Əhməd Çatayev və tərəfdarlarının məqsədi Gürcüstan və Türkiyədə terror aktları və hücumlar təşkil etmək olub”. Məlumata görə, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) mətbuat katibi Nino Giorqobiani keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu gün Pankisi dərəsi və Tbilisidə keçirilmiş xüsusi əməliyyat zamanı 5 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar noyabrın 22-də Tbilisidə zərərsizləşdirilmiş terrorçu qruplaşma ilə əlaqəli olub. Saxlanılan şəxslərdən bri müqavimət göstərdiyi zaman yaralanıb və xəstəxanaya yerləşdirilib.
Pakistan və Hindistan sərhəddində GƏRGİNLİK
Pakistan və Hindistan sərhəddində silahlı insident yaşanılıb. Olaylar.az bildirir ki, silahlı qarşıdurma zamanı üç pakistanlı əsgər həlak olub, bir əsgər ağır yaralanıb. Pakistan ordusu verdiyi açıqlamada hind əsgərləri Pakistanın nəzarətində olan Azad Kəşmir və Ruh Çakrı bölgələrində atəşkəsi pozmaları nəticəsində qarşı tərəfə silahlı cavab veriblər.
Sabah hava küləkli olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Məşhur futbolçu FETÖ ilə işbirliyinə görə həbs olundu
Bir müddət “Fənərbaxça” və “Beşiktaş” kimi böyük komandalarda forma geyinən Türkiyə Milli Komandasının üzvü Uğur Boralın FETÖ terror təşkilatının üzvü olduğu ortaya çıxıb. Futbolçunun FETÖ-nün bağlanmış qurumlarından olan “Bank Asya” bankına 950 min tl pul yatırdığı sübut edildikdən sonra həbs edilib.
Evdən hərraca qatılmaqla əmlak almaq - Azərbaycanda ilk dəfə
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 26-da növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, ilk dəfə olaraq Azərbaycanın özəlləşdirmə tarixində ən mühüm yeniliklərdən biri baş verib. Belə ki, vətəndaşlar internet vasitəsilə hərraca qatılıblar.
Almaniya XİN başçısı: Ukrayna və Türkiyəni yaxın gələcəkdə Aİ-də görmürük
Ukrayna və Türkiyə yaxın gələcəkdə Avropa İttifaqının (Aİ) üzvü olmayacaq. TASS xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel çərşənbə axşamı dərc olunan "Funke" mediaqrupuna müsahibəsində deyib.
Cadu edib, həyətinə atdılar - Bağçadan çıxanlar ŞOK ETDİ
Evinin bağçasında təmir işləri aparan şəxs hasarın arasında qəribə bir əşya ilə qarşılaşıb. Ev sahibi içərisi yağ dolu qab və içinə atılmış parçadan uşaq oyuncağına rastlayıb. Bundan əlavə, üzərinə ad yazılmış bir kağız parçası da yağın içində olub. Evin sahibi bunun nə olduğunu anlamağa çalışıb. Bunları görən şəxslər onun qurd yağı və ailəyə edilmiş bir cadu olduğunu iddia edirlər.














