Evdən hərraca qatılmaqla əmlak almaq - Azərbaycanda ilk dəfə

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 26-da növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, ilk dəfə olaraq Azərbaycanın özəlləşdirmə tarixində ən mühüm yeniliklərdən biri baş verib. Belə ki, vətəndaşlar internet vasitəsilə hərraca qatılıblar.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dekabrın 26-da növbəti hərrac keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, ilk dəfə olaraq Azərbaycanın özəlləşdirmə tarixində ən mühüm yeniliklərdən biri baş verib. Belə ki, vətəndaşlar internet vasitəsilə hərraca qatılıblar. Hərracda dövlət əmlakının 4-ü Elektron Hərrac vasitəsilə özəlləşdirilib. Həmin əmlaklar isə Bakının Nəsimi, Yasamal, Suraxanı rayonlarında yerləşən qeyri-yaşayış sahələri və UAZ-31519 markalı nəqliyyat vasitəsi olub. Ümumilikdə isə bu hərracda 22 dövlət əmlakı sahibini tapıb. Bunlardan 2-i kiçik dövlət müəssisə və obyekti, 16-ı qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi və 4 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 25 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olsada 10 min 500 manata sahibini tapıb. Eyni zamanda Nəsimi rayonunda yerləşən sahəsi 15,2 kv.m olan digər qeyri-yaşayış sahəsinin ilkin qiyməti 2 min 250 manat olmasına baxmayaraq edilən təklif 6 min 350 manatadək yüksəlib. Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin 12-si paytaxtda, 4-ü isə regionda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 6-ı Nəsimidə, 2-i Yasamalda, 2-i Nizamidə qalanı isə müvafiq olaraq Suraxanı və Nərimanov rayonlarında yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31