İsrailin yeni planı - 10 ölkə səfirliyini Qüdsə köçürəcək

İsrail səfirliklərini Təl-Əvivdən Qüdsə köçürmək istəyən 10-a yaxın ölkə ilə danışıqlar aparır. Bunu “İsrail radiosu”na açıqlamasında İsrail xarici işlər nazirinin müavini Tzipi Hotovely deyib.

İsrail səfirliklərini Təl-Əvivdən Qüdsə köçürmək istəyən 10-a yaxın ölkə ilə danışıqlar aparır. Bunu "İsrail radiosu"na açıqlamasında İsrail xarici işlər nazirinin müavini Tzipi Hotovely deyib.  Nazir müavini ad çəkmədən bildirib ki, bəzi Avropa dövlətləri bu addımı atmaq niyyətindədir: "Bu, hələ başlanğıcdır. ABŞ-dan sonra Qvatemala da səfirliyini Yerusəlimə (Qüds) köçürəcəyini bildirib. Hesab edirəm ki, digər ölkələr də bu addımı atacaqlar". "İsrail radiosu"nun əldə etdiyi məlumata görə, Hondursa, Cənubi Sudan və Rumuniya səfirliklərini Qüdsə köçürmək istəyir. AzVision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31