Gündəm

14 yaşlı Leylanın müəmmalı ölümü - "AİLƏNİN DƏ, MƏKTƏBİN DƏ GÖZÜ İDİ"

26 Dekabr 2017 12:42

Sabirabad rayonunda 14 yaşlı qızın dərmandan zəhərlənərək ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.  Sabirabad rayon Prokurorluğundan bildirilib ki, Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Leyla Şövqi qızı Gözəlovanın ölümüylə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar aparılır.

Ruslarda ilin sözü: Renovasiya, bitkoin, dopinq...

26 Dekabr 2017 12:39

Rus dilinin inkişafı üzrə Yaradıcılıq Mərkəzi yanında Ekspert Şurası 2017-ci ildə populyar olan rus sözlərinin siyahısını tərtib edib. Məlumata görə, top-10-da "renovasiya" sözü liderlik edir. İkinci "bitkoin", üçüncü sırada isə "hayp" sözü qərarlaşıb. Siyahıya "dopinq", "kriptovalyuta", "feyk" və "vizasız" kimi sözlər də daxildir.

Ərdoğan: "Türkiyə Sudanda ada almaq istəyir"

26 Dekabr 2017 12:37

Türkiyə Sudanın Suakin adasını almaq istəyir. Bunu Sudana səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı bildirib ki, məqsəd bu adada infrastrukturun bərpa edilməsidir: "Hazırda Suakin atılmış vəziyyətdədir. Türkiyə bu adada yerləşən tarixi məscidi də bərpa etməyə hazırdır".

Trampdan ABŞ-ın gələcəyi ilə bağlı PROQNOZ

26 Dekabr 2017 12:34

ABŞ gözləniləndən də tez qüdrətli olacaq. Bunu Birləşmiş Ştatların prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb. Buna görə də D.Tramp həmvətənlərini Milad tətilindən dərhal sonra işə qayıtmağa çağırıb.

Dünyanın 80-dən çox ölkəsində gizli bölmələri var - Moskvadan SOS

26 Dekabr 2017 12:29

“Əl-Qaidə” beynəlxalq terror qruplaşmasının dünyanın 80-dən çox ölkəsində gizli bölmələri var. Bunu “Arqumentı i faktı” nəşrinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Nazirlik açıqlama yaydı- həbs olunan rəis işdən qovulubmuş

26 Dekabr 2017 12:26

Daxili İşlər nazirliyinin mətbuat xidməti Su Nəqliyyatında Polis İdarəsinin Ələt postunda rəis, polis polkovniki Fərhad Məmmədxanovun həbsi ilə bağlı açıqlama yayıb. Nazirlikdən “Olaylar”a daxil olan xəbərdə bildirilir ki, xəbərdə adıçəkilən şəxs hazırda daxili işlər orqanlarının əməkdaşı deyil: “Həmin xəbərdə “polis polkovniki” kimi təqdim edilən Fərhad Məmmədxanovun daxili işlər orqanlarında xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub. Həmin şəxs təxminən 6 ay əvvəl – bu il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, cənab nazirin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub”.

Ronaldodan alqışa layiq ADDIM

26 Dekabr 2017 12:21

Madridin “Real” klubunun ulduzu Kriştiano Ronaldo daha bir xeyriyyə layihəsinə imza atıb. Ulduz futbolçu Çilidə uşaq xəstəxanası tikdirir. O, bu layihəni italiyalı bizneesmen Alisandro Proto ilə birlikdə həyata keçirir. İnşası 2020-ci ildə başa çatacaq xəstəxana Cənubi Amerikada tikiləcək xəstəxana zəncirinin bir halqası olacaq.

Salyanın 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

26 Dekabr 2017 12:19

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Salyan rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində rayonun 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

SABAH tələbələri “Azər Türk Bank”ın xüsusi təqaüdünə layiq görülüb

26 Dekabr 2017 12:18

Təhsil Nazirliyi SABAH qruplarının tələbələri “Azər Türk Bank”ın təhsil haqqı təqaüdünə layiq görülüblər.”OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə gör, “Azər Türk Bank” hər il  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə korporativ müştərilərin hədiyyələrlə təbriki üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarının III kursunda təhsil alan və tədrisdə yüksək nəticələr əldə edən 11 nəfər tələbənin bir illik  təhsil haqqının ödənilməsi barədə qərar verib.

Arvadın başını qırxıb, qabırğasını sındırdılar - Bakıda DƏHŞƏTLİ HADİSƏ - VİDEO

26 Dekabr 2017 12:16

1982-ci il təvəllüdlü Əhmədova Gülnar Polad qızı yaxınlıqdakı kafedən çıxan orta yaşlı tanış kişi tərəfindən döyülüb. Qadının qabırğa sümükləri sınıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, xəstəxanaya gətirilərkən başı qırxılmış vəziyyətdə olub.

Saxalində külək qadını apardı, daha sonra isə...

26 Dekabr 2017 12:14

Rusiyanın Saxalin vilayətində güclü külək eyvana siqarət çəkməyə çıxmış yaşlı təqaüdçü qadını aparıb. Məlumata görə, Şaxtyorsk şəhərində 70-ə yaxın yaşı olan qadın dördüncü mərtəbədn yıxılıb.

Bu il Azərbaycanda 55 beynəlxalq yarış keçirilib

26 Dekabr 2017 12:12

Cari il ərzində Azərbaycanda 219 respublika yarışı, 55 beynəlxalq yarış keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 2017-ci il 234 beynəlxalq yarışda ölkə yığma komandaların iştirakı təmin olunub: İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər.

Müsabiqə qalibləri mükafatlandırıldı

26 Dekabr 2017 12:09

Paytaxt məktəbliləri arasında təşkil edilən “Xalq mahnılarımızı yaşadaq” adlı müsabiqənin final mərhələsi keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə,   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 211 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycanın xalq artistləri Canəli Əkbərov, Mələkxanım Əyyubova, Simarə İmanova, məktəb kollektivi, şagird və valideynlər iştirak edib.

"Meksika millət vəkilləri Ermənistan tərəfindən manipulyasiya olunub"

26 Dekabr 2017 12:08

Ermənistanın Meksikadakı səfiri Ara Ayvazyan meksikalı millət vəkillərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edərək, onları siyasi xal qazanmaq üçün öz məkrli oyunlarında istifadə etmək məqsədilə işğal olunmuş Azərbaycan ərazilərinə aparıblar.

Bakıda saxta əskinas satan ana və qızına hökm oxundu

26 Dekabr 2017 12:06

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul əsginaslarını əldə etmə və satmada təqsirləndirilən Məhbubə Həsənova və qızı Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.