Salyanın 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Salyan rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, layihə çərçivəsində rayonun 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Salyan rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, layihə çərçivəsində rayonun 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Salyan rayonunun Quyçu kəndində açılış mərasimi keçirilib. Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışmış, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhər mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə də içməli su layihələrinin həyata keçirildiyini bildirib.

"Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyev ötən il Salyan şəhərinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verildiyini xatırladaraq hazırda şəhər şəbəkəsinin yenidən qurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, respublikanın 28 rayonunun 170 yaşayış məntəqəsində su layihələrinin icrası yekunlaşıb və növbəti illərdə də bu layihələr davam etdiriləcək.

Kəndlərə yeni mənbədən verilən suyun keyfiyyəti ilə sakinləri əyani tanış etmək məqsədilə "Azərsu" ASC-nin Mərkəzi laboratoriyasının səyyar laboratoriyası tərəfindən analizlər aparılıb və nəticələr sakinlərə nümayiş etdirilib. Uzun illər suvarma kanallarından götürülən sudan istifadə edən kənd sakinləri keyfiyyətli su ilə təminata göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31