Bu il Azərbaycanda 55 beynəlxalq yarış keçirilib
Cari il ərzində Azərbaycanda 219 respublika yarışı, 55 beynəlxalq yarış keçirilib. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 2017-ci il 234 beynəlxalq yarışda ölkə yığma komandaların iştirakı təmin olunub: İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər.
26 Dekabr 2017 12:12 İdmanCari il ərzində Azərbaycanda 219 respublika yarışı, 55 beynəlxalq yarış keçirilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 2017-ci il 234 beynəlxalq yarışda ölkə yığma komandaların iştirakı təmin olunub: İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər. 2017-ci il ərzində dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 347- qızıl, 236- gümüş və 268- bürünc medal əldə edilib. İl ərzində ayrı-ayrı idman növləri üzrə 92 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib. O cümlədən, 7 nəfər ali, 84 nəfər birinci, 1 nəfər ikinci kateqoriya alıb.