SABAH tələbələri “Azər Türk Bank”ın xüsusi təqaüdünə layiq görülüb
Təhsil Nazirliyi SABAH qruplarının tələbələri “Azər Türk Bank”ın təhsil haqqı təqaüdünə layiq görülüblər.”OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə gör, “Azər Türk Bank” hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə korporativ müştərilərin hədiyyələrlə təbriki üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarının III kursunda təhsil alan və tədrisdə yüksək nəticələr əldə edən 11 nəfər tələbənin bir illik təhsil haqqının ödənilməsi barədə qərar verib.
26 Dekabr 2017 12:18 SosialTəhsil Nazirliyi SABAH qruplarının tələbələri "Azər Türk Bank"ın təhsil haqqı təqaüdünə layiq görülüblər."OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə gör, "Azər Türk Bank" hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə korporativ müştərilərin hədiyyələrlə təbriki üçün nəzərdə tutulmuş büdcə hesabına müxtəlif universitetlərin SABAH qruplarının III kursunda təhsil alan və tədrisdə yüksək nəticələr əldə edən 11 nəfər tələbənin bir illik təhsil haqqının ödənilməsi barədə qərar verib.
Qeyd edək ki, SABAH qrupları Karyera Akademiyasının rəsmi tərəfdaşı olan "Azər Türk Bank" bu ilin Novruz bayramında da 10 tələbənin bir illik təhsil haqqını ödəyib.
SABAH qrupları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.