Gündəm
Biznesmen Mustafayev “Range Rover”lə avtobusun qarşısını kəsdi, sürücünü bıçaqladı
Rusiyanın Sankt-Peterburq şəhərində uşaqları daşıyan avtobusun sürücüsü "Range Rover"lə hərəkət edən azərbaycanlı tərəfindən bıçaqlanıb. "Range Rover" sürücüsü ondan irəlidə gedən avtobusun sürücüsünün manevrlərindən qəzəblənib və sürücünü öldürməyi qərara alıb.
Pentaqondan UNO-larla bağlı SENSASİYALI AÇIQLAMA: “Onları idarə edənlər əslində...”
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) uçan naməlum obyektləri (UNO) araşdıran xüsusi proqramın ortaya çıxmasından sonra yeni açıqlama verib. Proqramın direktoru Luiz Elizondo UNO-ların var olduğuna dair heç şübhə olmadığını bildirib.
Asim Mollazadə: “Hüququn aliliyi işləməyəndə problem həll olmur”
“Ümumiyyətlə, Suriyada, İraqda, Yəməndə baş verən münaqişələrin bir çox səbəbləri var. Ən əsas səbəb isə bəzi qüvvələrin bu bölgəyə nəzarəti əldə etmək iddiasıdır. Münaqişələrdə bilavasitə iştirak edən qüvvələr də məsələnin maraqlı tərəfinin təsmilçiləridir”. Bunu millət vəkili Asim Mollazadə deyib.
Sirk şousunda QORXULU ANLAR - Akrobat yıxıldı və ... - VİDEO
Yeni ilqabağı keçirilən şənlik zamanı qorxulu anlar yaşanıb. Qazaxıstanda sirk şousu zamanı yüksəkliyə qalxan qadın akrobat ehtiyatsızlıq səbəbindən yıxılıb. Akrobat qadının yıxılma anı anbaan kameralara düşüb.
“ABŞ və Kanada “Pandora yeşiyi”ni açdı” - Moskvadan XƏBƏRDARLIQ
Amerika və Kanada silahlarının Ukraynaya çatdırılması Donbasda münaqişəni alovlandıracaq. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Qriqori Karasin bildirib. “ABŞ və Kanada Kiyevə silah göndərilməsi haqqında qərar qəbul edərək “Pandora yeşiyi”ni açırlar və faktiki olaraq, Ukraynanın tərəfində münaqişəyə daxil olurlar. Bununla da münaqişəni yenidən alovlandırır və onu beynəlmiləlləşdirirlər. Çox az adam belə addımın nəticələri haqqında fikirlərşir”, - diplomat vurğulayıb.
Nazirlik işəgötürənlərə müraciət etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işgötürənlərə müraciət edib. Nazirlik bəyan edib ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. Həmin Qanunun 6-cı maddəsində digər vəzifələrlə yanaşı işçilərini işsizlikdən sığorta etdirmək, əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək, sığorta haqqının hesablanmasının və köçürülməsinin uçotunu düzgün aparmaq və bu barədə sığortaçıya hesabat təqdim etmək sığortaedənin vəzifələrinə aid edilib.
BMT arakanlı müsəlmanlarla bağlı yeni qərar qəbul etdi
Birləşmiş Millətlər Təşkilatı Mynamada arakanlı müsəlmanlara qarşı sistematik olaraq insan haqlarının pozulmasını və hərbi əməliyyatlara son verilməsini ehtiva edən qərar qəbul edilib.
İŞİD üzvü olan 12 suriyalı saxlanıldı
Türkiyənin Adana şəhərində Xüsusi Təyinatlı polis dəstəsi İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib. Olaylar.az bildirir ki, əməliyyat zamanı 12 Suriya vətəndaşı saxlanılıb.
70 əsgər xəstəxanaya yerləşdirildi
Türkiyənin Qaziantep bölgəsində yerləşən 2 – ci Zirehli briqadanın üzvü olan 70 əsgər xəstəxanaya yerləşdirilib. Olaylar.az bildirir ki, axşam yeməyindən sonra özlərini yaxşı hiss etməyən əsgərlərdə mədə, baş ağrıları və ishal halları müşahidə olunub.
Diaspor təşkilatından "The Financial Times”-a etiraz
Dünya Azərbaycanlıları Assambleyası "The Financial Times” (FT) nəşrində "Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqalə ilə bağlı qəzet rəhbərliyinə etiraz məktubu ünvanlayıb.
Ermənilər 132 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Zakir Həsənov cəbhə xəttində
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti düşmənlə qarşıdurma xəttindəki mövqelərdə döyüş növbəsi çəkən əsgərlərlə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat şəraiti barədə məruzə edildikdən sonra Müdafiə naziri səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanıb. Daha sonra general-polkovnik Z.Həsənov ön xətdə xidmət edən hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, kollegiya iclasında nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.
Nazirlər Kabinetiin son qərarı benzinin qiymətini artıracaqmı?
Aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Bu isə son addımın yeni qiymət artımlarına səbəb olub-olmaması barədə suallar yaradıb.
Pxenyandan əzələ nümayişi - GƏRGİNLİK PİK HƏDDƏ
Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni peyk yaradıb. Bu haqda kəşfiyyat mənbələrinə istinadən Cənubi Koreyanın “Çunan İlbo” qəzeti bildirib. Nəşrin məlumatına görə, peyk “Kvanmenson-5” (“Parlaq ulduz”) adını aldı. Təfərrüatlar və peykin texniki xarakteristikaları açıqlanmır. “Kvanmenson-4” adlı əvvəlki peyk eyniadlı raket-daşıyıcı ilə 2016-cı il fevralın 7-də Pxyonan-Pukto əyalətindəki Soxe kosmodromundan buraxılıb. Bu işəsalma Koreya yarımadasında vəziyyəti kəskinləşdirib.














