Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, kollegiya iclasında nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, kollegiya iclasında nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlər müzakirə olunub.

Qeyd edilib ki, ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi üzrə mühüm işlər görülüb, nazirliyin elektron xidmətlərindən istifadənin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə artaraq 4,5 milyonu ötüb. İclasda bu sahədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən təqdir olunduğu qeyd edilib. "Elektron məhkəmə" informasiya sisteminin tərkib hissəsi olan "Elektron icra"nın məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin artırılmasına xidmət etdiyi və cari ilin əvvəlindən bir çox icra qurumlarında pilot qaydada tətbiq edildiyi diqqətə çatdırılıb. Ötən dövrdə 100-dən çox gəncin ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb olunduğu, artıq bir çox könüllülərin işlə təmin edildiyi bildirilib. Həmçinin vətəndaş cəmiyyəti institutları ilə, habelə beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi üzrə məqsədyönlü tədbirlər qeyd edilib. Kollegiyada bildirilib ki, cəzaların humanistləşdirilməsi, cinayətlərin dekriminallaşdırılması, cəmiyyətdən təcridetməyə alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, elektron nəzarət vasitələrindən istifadə ilə bağlı yeni mühüm qanunlar qəbul olunub, probasiya nəzarəti təsbit edilib. Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi akt layihələri müzakirə edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31