BMT arakanlı müsəlmanlarla bağlı yeni qərar qəbul etdi

Birləşmiş Millətlər Təşkilatı Mynamada arakanlı müsəlmanlara qarşı sistematik olaraq insan haqlarının pozulmasını və hərbi əməliyyatlara son verilməsini ehtiva edən qərar qəbul edilib.

Birləşmiş Millətlər Təşkilatı Mynamada arakanlı müsəlmanlara qarşı sistematik olaraq insan haqlarının pozulmasını və hərbi əməliyyatlara son verilməsini ehtiva edən qərar qəbul edilib. Səsvermədə 132 ölkə iştirak edib. Onlardan 122-i qərarın lehinə səs verib. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən irəli sürülən layihəyə Çin, Rusiya, Myanma, Suriya, Laos, Filippin, Vyetnam, Zimbabve və Belarus rədd cavabı verib. 24 ölkə isə bitərəf qalıb.

Myanmada arakanlı müsəlmanların haqlarının pozulmaması çağırışı edən layihə çərçivəsində müsəlmanlara vətəndaşlıq verilməsi, humanitar yardımlara icazə verilməsi və BMT-nin katibi Antonio Quterresin Myanmaya xüsusi təmsilçi kimi getməsi qərara alınıb. BMT-nin məlumatlarına görə, Myanmada təxminən 700 min arakanlı müsəlman 25 avqust tarixindən etibarən zülm və qətliamlardan qaçaraq Banqladeşə sığınıb.

Qeyd edək ki, Arakanda 1970-ci ildən etibarən 2 milyona yaxın müsəlman yaşayır. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31