Pxenyandan əzələ nümayişi - GƏRGİNLİK PİK HƏDDƏ
Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni peyk yaradıb. Bu haqda kəşfiyyat mənbələrinə istinadən Cənubi Koreyanın “Çunan İlbo” qəzeti bildirib. Nəşrin məlumatına görə, peyk “Kvanmenson-5” (“Parlaq ulduz”) adını aldı. Təfərrüatlar və peykin texniki xarakteristikaları açıqlanmır. “Kvanmenson-4” adlı əvvəlki peyk eyniadlı raket-daşıyıcı ilə 2016-cı il fevralın 7-də Pxyonan-Pukto əyalətindəki Soxe kosmodromundan buraxılıb. Bu işəsalma Koreya yarımadasında vəziyyəti kəskinləşdirib.
26 Dekabr 2017 11:34 DünyaKoreya Xalq Demokratik Respublikası (KXDR) yeni peyk yaradıb. Bu haqda kəşfiyyat mənbələrinə istinadən Cənubi Koreyanın "Çunan İlbo" qəzeti bildirib. Nəşrin məlumatına görə, peyk "Kvanmenson-5" ("Parlaq ulduz") adını aldı. Təfərrüatlar və peykin texniki xarakteristikaları açıqlanmır. "Kvanmenson-4" adlı əvvəlki peyk eyniadlı raket-daşıyıcı ilə 2016-cı il fevralın 7-də Pxyonan-Pukto əyalətindəki Soxe kosmodromundan buraxılıb. Bu işəsalma Koreya yarımadasında vəziyyəti kəskinləşdirib.
Yapon və Cənubi Koreya hərbçilərinin məlumatına görə, bu raket "Tepxodon-2" qitələrarası ballistik raketin mülki versiyası olan "İnxa-3" daşıyıcısının təkmilləşdirilmiş modifikasiyasıdır. Publika.az