“Rusiya yaxşı başa düşür ki, Ermənistanla danışıq metodlarını dəyişməlidir”
Bu gün Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Nəzərə alsaq ki, sammitə Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putin də qatılacaq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar aparıla bilərmi?
26 Dekabr 2017 13:04 SiyasətBu gün Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Nəzərə alsaq ki, sammitə Ermənistan prezidenti Serj Sarkisyan və Rusiya prezidenti Vladimir Putin də qatılacaq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar aparıla bilərmi?
Bu məsələ ilə bağlı açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, bütün görüşlərin əsas xətlərindən birini münaqişənin müzakirəsi tutur. Lakin dövlət başçılarının Moskva səfərinin əsas məqsədi MDB-də Rusiyanın sədrlik etdiyi ilə yekun vurmaqdır: "Həmçinin növbəti il üçün qurulacaq planlar da müzakirə mövzusu olacaq. Hesab edirəm ki, ikitərəfli görüşlərin keçirilməsi istisna deyil".
Politoloq vurğulayıb ki, Sarkisyanı aprel ayında baş tutacaq prezident seçkiləri maraqlandırır. Z. Məmmədovun fikrincə Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əsl simasını dəfələrlə göstərib. Z. Məmmədovun sözlərinə görə, Rusiya yaxşı başa düşür ki, münaqişənin həll olunması üçün Ermənistanla danışıq metodlarını dəyişməlidir: "Çox güman ki, biz 2019-cu ildə hansısa təzyiq gedişlərinin şahidi ola bilərik". Azadinform.az