Deputat: “Azərbaycan etibarlı tərəfdaş imicini daha da gücləndirib”
“2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasət fəaliyyətini uğurlu hesab edirəm”. Bu fikri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.
26 Dekabr 2017 13:05 Siyasət"2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasət fəaliyyətini uğurlu hesab edirəm". Bu fikri açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.
Deputat qeyd edib ki, diplomatiyamız ölkə daxilində dövlət quruculuğunu, vətəndaşların təhlükəsiz yaşaması üçün əlverişli beynəlxalq şəraiti ikitərəfli və çoxtərəfli formatda təmin edib. M. Qasımlı hesab edir ki, dövlətimizin beynəlxalq mövqeləri möhkəmlənib, nüfuzu və rolu artıb: "Azərbaycan etibarlı tərəfdaş imicini daha da gücləndirib, ölkəmizə olan inam hissi artıb". O həmçinin əlavə edib ki, ötən il İslam Həmrəyliyi ili kimi yaddaşlarda qalıb: "Hesab edirəm ki, bu siyasət davam etdirilməlidir". Azadinform.az