Patruşev: ABŞ Rusiyanın bu imicindən istifadə edir

Vaşinqton Rusiyanı aqressor ölkə adlandırmaqla özünün soyuq müharibə dövründən qalma ekspansionist siyasətini gizlədir. Bunu “Arqumentı i Faktı” qəzetinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev söyləyib.

Vaşinqton Rusiyanı aqressor ölkə adlandırmaqla özünün soyuq müharibə dövründən qalma ekspansionist siyasətini gizlədir. Bunu "Arqumentı i Faktı" qəzetinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev söyləyib.

"Vaşinqtonun aqressor ölkə obrazının arxasında onun real iqtisadi maraqları və soyuq müharibə dövründən bu yana dəyişməyən ekspansionist siyasəti dayanır. ABŞ özünün yeni milli təhlükəsizlik strategiyasında sülhün güc yolu təmini və Amerika təsirinin genişləndirilməsinə yer verir. ABŞ-ın hərbi büdcəsi gələn il 700 milyard dollar olacaq. Bunun 4,6 milyardı guya Avropadakı Rusiya aqressiyasının qarşısının alınmasına xərclənəcək. XX əsr tarixi göstərdi ki, okeanın o tayından olan müdaxilə hansı dəhşətli nəticələrə səbəb olur", - deyə o bildirib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31