ABŞ-ın Ukraynaya silah verməsinə Rusiyadan cavab

Rusiya ABŞ və Kanadanı Ukraynaya verilən silahların hansı nəticələrə səbəb olacağını analiz etməyə çağırır. Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi, Moskvanın MDB üzrə kuratoru Qriqori Karasin söyləyib. Onun sözlərinə görə, heç kim bu silahların terrorçuların əlinə keçməyəcəyinə zəmanət vermir: “Vaşinqtonla Ottava bu silahların yad əllərə keçməməsinə zəmanət verə bilərmi? Bu silahlar terrorçulara çatmayacaqmı? Kim zəmanət verə bilər ki, bu silah ukraynalı qaçaqmalçılar vasitəsilə Yaxın Şərq və ya ABŞ üçün təhlükəli olan nöqtələrə göndərilməyəcək? Bu silahlar konflikti qızışdıracaq və ona digər dövlətlərin müdaxiləsinə şərait yaradacaq. Bununla ABŞ və Kanada “Pandorra qutusu”nu açır”.

Rusiya ABŞ və Kanadanı Ukraynaya verilən silahların hansı nəticələrə səbəb olacağını analiz etməyə çağırır. Bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi, Moskvanın MDB üzrə kuratoru Qriqori Karasin söyləyib. Onun sözlərinə görə, heç kim bu silahların terrorçuların əlinə keçməyəcəyinə zəmanət vermir: "Vaşinqtonla Ottava bu silahların yad əllərə keçməməsinə zəmanət verə bilərmi? Bu silahlar terrorçulara çatmayacaqmı? Kim zəmanət verə bilər ki, bu silah ukraynalı qaçaqmalçılar vasitəsilə Yaxın Şərq və ya ABŞ üçün təhlükəli olan nöqtələrə göndərilməyəcək? Bu silahlar konflikti qızışdıracaq və ona digər dövlətlərin müdaxiləsinə şərait yaradacaq. Bununla ABŞ və Kanada "Pandorra qutusu"nu açır".

O, Ukrayna hökumətinin Donbası öz əliylə ölkənin tərkibindən uzaqlaşdırdığını söyləyib:

"Minsk razılaşmasına görə, Donbasa Ukraynanın tərkibində xüsusi status verilməlidir. Reallıqda isə biz başqa proses görürük. Regionun reinteqrasiyası əvəzinə onlar Donbası öz əlləri ilə ölkənin tərkibindən uzaqlaşdırırlar".

Qeyd edək ki, ABŞ və Kanada Ukraynaya tank əleyhinə raket kompleksləri verməklə bağlı qərar qəbul ediblər. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31