Uğurlu xarici siyasət ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb

Başa çatmaqda olan 2017-ci ili Azərbaycan üçün uğurlu il hesab etmək olar. Xüsusən, xarici siyasət sahəsində əldə edilən naliyyətlər ölkəmizin beynəlxalq imicinni artması ilə nəticələnib. Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Artıq qətiyyətlə demək olar ki, Azərbaycan nəinki regionda, eləcədə beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaşa çevrilib.

Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir
Başa çatmaqda olan 2017-ci ili Azərbaycan üçün uğurlu il hesab etmək olar. Xüsusən, xarici siyasət sahəsində əldə edilən naliyyətlər ölkəmizin beynəlxalq imicinni artması ilə nəticələnib. Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Artıq qətiyyətlə demək olar ki, Azərbaycan nəinki regionda, eləcədə beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaşa çevrilib. Sirr deyil ki, ölkəmizin dünyanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlığa nail olması səbələrindən biri Azərbaycanın ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir. Hazırda Azərbaycan dünyada mövcud olan qlobal siyasi, iqtisai və humanitar problemlərin çözülməsi prosesinə öz töhvəsini verməkdədir. Məhz bu kimi addımların nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar və güc mərkəzləri dünya siyasətində Azərbaycanın rolunu qəbul edir, onunla hesablaşmaq zorunda qalırlar. O da etiraf edilməlidir ki, Azərbaycanın dünya siyasətində söz sahibinə çevrilməsi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən adekvat addımlarla qarşılanmaqdadır. Bu arada bir sıra beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü təsdiq etməsini özündə ehtifa edən qərarların xatırladılması yerinə düşərdi.
Qeyd edək ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan diplomatiyasının ən zəruri vəzifələrindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı əsasında öz həllini tapması olmuşdur. Möhtərəm Prezidentimizin siyasi iradə nümayiş etdirməsi və məntiqli xarici siyasəti nəticəsində ölkəmizin mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən daha çox qəbul edilir. Məhz bunun nəticəsidir ki, 2008-ci il mayın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı mühüm bir qətnamə qəbul edildi. Bu fakt bir daha təsdiqlədi ki, dünya birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdardır. Onu da qeyd edək ki, Azərbaycan diplomatiyasının uğurları yalnız BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla da sıx əlaqə yaratmasına imkan verib. Bu sırada Azərbaycanın ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, Avropa İttifaqı, NATO və digər tanınmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi xüsusi qeyd olunmalıdır. Son günlərdə Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı qərarı xüsusi əhəmiyyət kəsb edir. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı son zamanlar qəbul etdiyi qətnamələr ölkəmizin diplomatik sahədə əldə etdiyi uğurların növbətisi kimi hesab edilməlidir: "Belə qətnamələrin qəbulu Azərbaycan Prezidenti İlham Əliyevin çox düzgün apardığı xarici siyasətin nəticəsidir. Artıq Avropa Birliyində də anladılar ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur. Burada bütün ölkələrə eyni cür yanaşma olmalıdır. Yoxsa birinin ərazi bütövlüyünün tanınması, dogərinin tanınmaması ikili standartdır. Bu, Avropanın özündə də fəsadlar törədir". Z.Əsgərov bildirib ki, son hadisələr təkcə Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması demək deyil, bu, eyni zamanda artıq AB tərəfindən bir öhdəlikdir: "Bunlar artıq bütün danışıqlarında Azərbaycanın ərazi bütövlüyünü öz öhdəlikləri kimi qəbul edirlər". Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycanın bugünkü qüdrəti, dünya dövlətləri arasında çox yüksək mövqe tutması, xüsusi hörmətə, çəkiyə malik olması Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin ideyalarını ən yüksək səviyyədə həyata keçirməsi və bu istiqamətdə gördüyü işlərin nəticəsində mümkün olub: "Prezident İlham Əliyev Azərbaycanın ən ağrılı problem olan Dağlıq Qarabağ problemini dünya ictimaiyyətinə çatdırmaq və həll etmək istiqamətində yorulmadan fəaliyyət göstərir. Son hadisələr göstərir ki, cənab Prezidentin mövqeyi, fikirləri, apardığı siyasət dünyada əsas xarici siyasət istiqamətlərindən biri kimi qəbul olunur". Komitə sədri vurğulayıb ki, Azərbaycan son illərdə xarici siyasətdə böyük uğurlara imza atıb: "Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsi, ölkəmizin beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsi heç də təsadüfi deyil. Azərbaycan bu gün dünyada həm də tolerant, multikultural dövlət kimi tanınır, ölkəmiz dünya üçün böyük əhəmiyyət kəsb edən mədəniyyətlərarası dialoq və humanitar forumlara ev sahibliyi edir, dünyada sülhün və sabitliyin bərqərar olmasına böyük töhfə verir, terrorizmə qarşı beynəlxalq mübarizəyə fəal dəstək verir və bütün bunlar dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Ölkəmiz artıq dünyada multikulturalizm mərkəzi kimi tanınır və bu gün Azərbaycanın multikulturalizm modeli dünya dövlətləri tərəfindən öyrənilir. Azərbaycan, həmçinin Qərblə Şərq arasında, müsəlman dünyası ilə xristian dünyası arasında bir körpü rolunu oynayır, müsəlman ölkələri arasında İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük töhfə verir. Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam həmrəyliyi ili" elan edilməsi, həmçinin Bakının IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bunun bariz nümunəsidir". S.Səmədov qeyd edib ki, Azərbaycan regionda lider dövlətə çevrilib: "Azərbaycan böyük beynəlxalq layihələrin həm təşəbbüskarı, həm də əsas iştirakçısı qismində çıxış edir. Elə təkcə bu yaxınlarda işə salınan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin beynəlxalq əhəmiyyətini nəzərə alanda Azərbaycanın dünya üçün nə qədər böyük işlər gördüyü, eyni zamanda, ölkəmizin rolu aydın görünür. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin apardığı uğurlu, düşünülmüş və uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək, ölkəmiz həm xarici, həm də daxili siyasətdə daha böyük uğurlara imza atacaq". Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan Prezidenti mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Azərbaycan Prezidentinin xarici siyasəti xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Bu illər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla paralel regional liderə çevrilib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31