Putin parlamenti siyasi mübarizəyə qoşulmamağa, işləməyə çağırıb
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ötən gün parlament üzvləri ilə olan görüşündə çıxış edib. V.Putin parlament üzvlərini qanunverici fəaliyyətlərini unudaraq, prezident seçkiləri fonunda siyasi mübarizəyə daxil olmamalarını bildirib.
26 Dekabr 2017 14:45 DünyaRusiya Federasiyasının prezidenti Vladimir Putin ötən gün parlament üzvləri ilə olan görüşündə çıxış edib. V.Putin parlament üzvlərini qanunverici fəaliyyətlərini unudaraq, prezident seçkiləri fonunda siyasi mübarizəyə daxil olmamalarını bildirib.
V.Putin parlament üzvləri ilə görüşündə vurğulayıb ki, qarşıdan prezident seçkiləri gəlir: "Hökümət kimi, parlamentin yuxarı və aşağı palatası da işlərindəki diqqəti yalnız cari siyasi təqvimə cəmləşdirməməlidir. Mən sizdən xahiş edirəm ki, əsas qanunverici işlərinizi unutmayasınız". Azadinform Rusiya mətbuatına istinadən xəbər verir.