"Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 26-da Təhsil Nazirliyində “Elektron təhsil” Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, qaliblər və KİV təmsilçiləri iştirak ediblər.Tədbirdə çıxış edən Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron təhsil" Respublika müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır. 

Dekabrın 26-da Təhsil Nazirliyində "Elektron təhsil" Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, qaliblər və KİV təmsilçiləri iştirak ediblər.Tədbirdə çıxış edən Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən "Elektron təhsil" Respublika müsabiqəsində iştirak edənlərin sayı ildən-ilə artır. Son illər təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu deyən Ceyhun Bayramov bu sahədə müxtəlif layihə və tədbirlərin həyata keçirildiyini, görülən işlərin müasir bilik və bacarıqlara malik yeni nəslin formalaşmasına təsir edən əsas amil olduğunu qeyd edib.

Müsabiqənin I mərhələsinə təqdim edilən 703 işdən 644-ü II mərhələyə - ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərək 26 qalib və 35 fərqlənən müəyyən edilib. Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub.

Müsabiqə  "AzEduNet", "Ultra", "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, "Edumedia Azərbaycan" və "Nar" operatoru tərəfindən dəstəklənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31