Gündəm

XİN rusiyalı fotoqrafın adını “qara siyahı”dan çıxarıb

26 Dekabr 2017 15:36

Rusiyalı fotoqraf və bloqer Vladimir Kezlinqin adı “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılıb. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilir ki, fotoqraf Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğuna məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Rusiyalı ekspert: “Gələn il Dağlıq Qarabağda eskalasiya olmayacaq”

26 Dekabr 2017 15:34

“Gələn il Dağlıq Qarabağda eskalasiya olmayacaq”. Bunu “Russia in Global” nəşrinin baş redaktoru Fyodr Lulyanov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi əsas çağırış deyil. Redaktorun fikrincə, digər münaqişələr və qaynar ocaqlar 2018-ci ildə gündəmə gələ bilər: “Burada Yaxın Şərqdəki münaqişələri – Suriya, İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik, Yəmən kimi məsələləri qeyd etmək istərdim. İlk növbədə Şərqi Asiya, Koreya yarımadası ətrafındakı münaqişəni də vurğulamaq lazımdır. Həmçinin Ukrayna və Rusiya arasındakı münaqişə gələn il alovlana bilər”.

Ermənistanın iqtisaddiyyatı çöküb

26 Dekabr 2017 15:30

Ermənistanın Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinin insan alveriylə mübarizə şöbəsinin rəisi Vaçe Ovsepyan statistika açıqlayıb. Statistikaya əsasən kişiləri Rusiyaya, qadınları Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə üz tuturlar. Bu sözləri açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Aydın Mirzəzadə: “Sammitdə Dağlıq Qarabağ məsələsi də qaldırılacaq”

26 Dekabr 2017 15:27

“Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi görüşündə hesab edirəm ki, ilk növbədə 2017-ci ilə siyasi qiymət veriləcək”. Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Qazanılan nailiyyətlər ölkəmizi dünyada idman mərkəzlərindən birinə çevrir

26 Dekabr 2017 15:24

“Azərbaycan idman sahəsində böyük nailiyyətlər əldə etməkdədir. Bu nailiyyətlər ölkəmizi dünyada idman mərkəzlərindən birinə çevrir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə gör, bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov səsləndirib.

İnsan alverinə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilir

26 Dekabr 2017 15:22

“Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatı, Qırmızı Aypara Cəmiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bir sıra ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində İnsan alveri” mövzusunda kütləvi maarifləndirmə tədbirləri keçirilib.

“Muğanbank”da “Forex” qalmaqalı: 300 minlik dələduzluq

26 Dekabr 2017 15:21

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank" ASC-nin Nəsimi filialının kredit üzrə mütəxəssisi, külli miqdarda dələduzluqda təqsirləndirilən Novruz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İnam Kərimov: "Vətəndaş şəxsiyyət vəsiqəsini istənilən ASAN Xidmət-dən ala biləcək"

26 Dekabr 2017 15:19

"Tezliklə qeydiyyatdan asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı şəxsiyyət vəsiqələrini istənilən ASAN Xidmət mərkəzində ala biləcəklər". Bunu açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

Məktəbdə doğdu, uşağı çantada gizlətdi

26 Dekabr 2017 15:15

Başqırdıstan Respublikasının paytaxtı olan Rusiyanın Ufa şəhərində 40 yaşlı müəllimə çalışdığı məktəbdə uşaq dünyaya gətirib. Sözügedən hadisənin daha bir maraqlı cəhəti qadının uşağını dünyaya gətirdikdən sonra onu çantasında gizlətməsi olub.

Parlament sədri istefa verdi

26 Dekabr 2017 15:12

Şimali İraqda siyasi böhran davam edir.  İraq Regional Kürd Hökumətində iki partiyanın hökumətdən çəkiləcəyini açıqladıqdan sonra parlament sədri də istefa verib. Ən çox təmsilçisi olan Goran (Dəyişim Hərəkatı) və Komel (İslami Cəmiyyət Hərəkatı) partiyaları idarəçilikdən çəkilirlər. Belə bir vaxtda, parlament sədri Yusif Məhəmməd də istefa verdiyini açıqlayıb.

Jurnalist həyəcan təbili çalır: “Azərbaycanda dini kanallar at oynadır”

26 Dekabr 2017 15:04

Bunu jurnalist Azər Həsrət Azərbaycanda dini kanalların yayımlanmasını şərh edərkən deyib. O, bildirib ki, Xaçmazın Dədəli kəndində İranın bütün radiolarını rahatca dinləmək mümkündür:

“Tolerantlıq Azərbaycanın genetik kodundadır”

26 Dekabr 2017 15:01

Ölkəmiz dünyada tolerantlıq modelinə çevrilib. Azərbaycan İsrailin strateji tərəfdaşıdır, keçmişdə olduğu kimi, indi də dinlərarası və millətlərarası tolerantlıq nümunəsidir. AzNews.az xəbər verir ki, bu fikirləri açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Liberman deyib.

Ağ Ev İrəvana son xəbərdarlığını etdi – Səfəryan

26 Dekabr 2017 14:57

Vaşinqton bizə son xəbərdarlığını etdi. Bunu “Lragir.am” saytına açıqlamasında erməni politoloq Stepan Səfəryan söyləyib. “Ruben Tatulyanın ABŞ-ın sanksiyaları altına düşməsi Ermənistan hökumətinə ünvanlanan ciddi siqnaldır. Vaşinqton deyir ki, Ermənistan artıq hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirməlidir.

Kremldən təhdid: NATO Tiflisi qoruya bilməyəcək

26 Dekabr 2017 14:54

Moskva Tiflisin aktiv şəkildə NATO strategiyalarının reallaşmasında iştirak etməsinə təəssüf edir. Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin söyləyib. Onun sözlərinə görə, Tiflisin bu mövqeyi Gürcüstanın təhlükəsizliyini gücləndirmir: “ABŞ və digər NATO üzvlərinin Gürcüstanın hərbiləşdirilməsi kontekstindəki səyləri regionda ciddi narahatlıq yaradır.

"Mənə baxma, oynamağa davam et!" - Zorlanan ana oğluna yalvardı

26 Dekabr 2017 14:52

21 yaşlı qadın 2 yaşlı oğlu ilə birlikdə gəzintiyə çıxmışdı. Parkda olarkən o, həyatı boyu unuda bilməyəcəyi hücuma məruz qalıb. Olay İngiltərənin Böyük Mançester bölgəsindəki Stalibric şəhərində baş verib. Meriann Tribmer 2 yaşlı oğlu Conatanı parka gəzintiyə çıxarmışdı. Gəzinti zamanı Meriann qəflətən boynunda soyuq bıçaq tiyəsini, sonra sinəsində əlləri hiss edib və səs eşidib: "Dediyimi et və sağ qalarsan!"