İnsan alverinə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri keçirilir

“Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatı, Qırmızı Aypara Cəmiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bir sıra ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində İnsan alveri” mövzusunda kütləvi maarifləndirmə tədbirləri keçirilib.

"Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatı, Qırmızı Aypara Cəmiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bir sıra ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində İnsan alveri" mövzusunda kütləvi maarifləndirmə tədbirləri keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirlərin keçirilməsində əsas məqsəd uşaq, yeniyetmə və gənclərin insan alveri, uşaq əməyinin istismarı, onun törətdiyi fəsadlar haqqında biliklərini artırmaq, əldə etdikləri biliklərdən düzgün istifadə etməklə problemin aradan qaldırılmasına töhfə verməkdən ibarətdir. Layihədə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvləri iştirak edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31