Gündəm
“Zəngəzur” sənədli filminin təqdimatı olub
Dekabrın 26-da Bakıda “Zəngəzur” sənədli filminin təqdimat mərasimi keçirilib. Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, AMEA-nın Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Qız yaralı canavara süni nəfəs verərək onu həyata qaytardı - VİDEO
Canavar hansısa ovçu tərəfindən güllə ilə vurulsa da yarası ölümcül deyildi. Bel sümüyündən yaralanan canavar qanı axa-axa min bir əziyyətlə çay kənarındakı kolluqda gizlənmək üçün ora gedir. Lakin büdrəyərək buzlamış çaya yıxılır.
Xaləddin İsgəndərovun maxinasiya xəritəsi
Fazil Məmmədov vergilər naziri postunda ikən görəvləndirdiyi yaxın qohumlarından biri də Xaləddin İsgəndərovdur. Nazir yeznəsi olan Xaləddin İsgəndərovu Vergilər Nazirliyinin Vergilər Departamenti rəisinin birinci müavini postuna təyin etmişdi. 4 il əvvəl isə onu Binəqədi İcra Hakimiyyətinə rəhbər gətirməyə nail oldu.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib
Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Yanvarın 4-nə qədər bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə gücləndirilmiş iş rejimi tətbiq edilib.
Rusiya Təhlükəsizlik Şurasının katibi: "Əl-Qaidə"nin dünyanın 80 ölkəsində yuvası var"
"Əl-Qaidə" beynəlxalq terror qruplaşmasının dünyanın 80-dən çox ölkəsində, o cümlədən ABŞ və Kanadada yuvası var". Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Arqumenti i faktı" qəzetinə müsahibəsində bildirib.
Azərbaycanda yaşayış minimumu artırıldı
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 906-VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Azərbaycanda ehtiyac meyarı artırıldı
Prezident İlham Əliyev "Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunu təsdiq edib. Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilir.
Sarkisyan BMT-də Gürcüstan əleyhinə mövqe tutmalarının səbəbini izah edib
Gürcüstanda rəsmi səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin BMT-də Gürcüstanla bağlı qətnamələrin əleyhinə səs verməsinə aydınlıq gətirib. Məlumata görə, Gürcüstan parlamentinin sədr müavini Giya Volski bildirib ki, S.Sarkisyan onları Ermənistanın mövqeyini anlayışla qəbul etməyə çağırıb: “Serj Sarkisyan Ermənistanın mövqeyini izah edərkən ölkənin üzləşdiyi təhlükələri əsas gətirdi. Müzakirələr zamanı BMT-də Ermənistanın Abxaziya ilə bağlı qətnamələrin əleyhinə səs verməsinin səbəbləri barədə danışıldı. Səbəblərə Qafqazdakı ciddi problemlər, Ermənistan və Azərbaycan arasında gərgin münasibətlər aiddir”.
Hakimiyyət fikir, söz və məlumat azadlığının təmin olunmasında maraqlıdır
Müasir dövrümüzü mediasız, kütləvi informasiya vasitələrsiz təsəvvür etmək qeyri-mümkündür. Bu gün media, kütləvi informasiya vasitələri sanki gündəlik qəbul edə biləcəyimiz qida rasionuna çevrilib. Sadə vətəndaşından tutmuş məmuruna qədər hər kəs gündəlik ölkə həyatında baş verən prosesləri izləmək, baş verənlər barədə məlumat toplamaq üçün kütləvi informasiya vasitələrinə üz tutur, onun yazdıqlarına nəzər diqqət yetirir.
“Qərarı Azərbaycanla qəbul etmək lazımdır, Azərbaycana qarşı deyil”
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında böyük rola malikdir, Rusiya və Fransanın bu nizamlamadakı rolu xüsusilə mühümdür. Bu sözləri Ermənistanın “Aravot” qəzetinə müsahibəsində Almaniya Bundestaqının ermənipərəst üzvü, erməni-alman forumunun rəhbəri Albert Vayler deyib.
İtaliyanın Suriyadakı hərbi qüvvələri Afrikaya köçürüləcək
İtaliyanın Baş naziri Paolo Centiloni insan alverinə və terrorizmə qarşı mübarizə aparmaq məqsədilə ölkənin İraqda yerləşdirilmiş hərbi qüvvələrinin bir hissəsini Nigerə köçürmək barədə parlamentə təklif edəcəyini bildirib.
Məhkəmə "Gündəlik Bakı" qəzetinin baş redaktorunun saxlanma yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, H. Vəliyev mühafizə altında məhkəməyə gətirilib.
Bakıda tibb müəssisələrindən kənar 94 doğuş olub
Bu gün Bakı şəhər təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ilin yekunlarına həsr edilmiş tədbir keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə bildirilib ki, 2017-ci ildə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 693 600-dən artıq ümumi müraciət daxil olub.
Vəkillər Kollegiyası pullu hüquqi xidmət sahəsində fərdi sahibkar kimi fəaliyyət göstərən hüquqşünaslara müraciət edib
Vəkillər Kollegiyası pullu hüquqi xidmətlər sahəsində fərdi sahibkar qismində fəaliyyət göstərən namizədlərlə bağlı məlumat yayıb. Kollegiyadan daxil olan məlumatda qeyd olunub ki, 31 oktyabr 2017-ci il tarixdə Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə əsasən, yanvarın 1-dən etibarən qeyri-vəkillərin məhkəmələrdə təmsilçilik hüquqlarına qanunvericilik səviyyəsində məhdudiyyətlər qoyulacaq: “Hüquq ictimaiyyəti arasında müzakirələrə səbəb olan bu dəyişikliklərin əsas məqamlarından biri də fərdi sahibkar qismində nümayəndəlik fəaliyyəti ilə məşğul olan hüquqşünasların fəaliyyətlərinin iş stajına bərabər tutulub-tutulmaması ilə bağlı idi. Belə ki, məsələyə birmənalı yanaşmanın mövcud olmamasının səbəbi milli qanunvericilikdə “iş stajı” anlayışına münasibətdə vahid yanaşmanın mövcud olmaması idi. Bu cür vəziyyət hazırda ölkə üzrə fəaliyyət göstərən “nümayəndə”lərin vəkilliyə sənəd qəbulu məsələsində maneə olaraq hesab olunurdu.
Təcili yardım: Bu il avtoqəzaların sayı azalıb
2017-ci ildə Bakı şəhər təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31 510 olub. Stansiyada ilin yekunlarına həsr edilmiş tədbirdə bildirilib ki, hospitalizasiya olunan və evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib.














