“Qərarı Azərbaycanla qəbul etmək lazımdır, Azərbaycana qarşı deyil”
ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında böyük rola malikdir, Rusiya və Fransanın bu nizamlamadakı rolu xüsusilə mühümdür. Bu sözləri Ermənistanın “Aravot” qəzetinə müsahibəsində Almaniya Bundestaqının ermənipərəst üzvü, erməni-alman forumunun rəhbəri Albert Vayler deyib.
26 Dekabr 2017 15:59 SiyasətATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında böyük rola malikdir, Rusiya və Fransanın bu nizamlamadakı rolu xüsusilə mühümdür. Bu sözləri Ermənistanın "Aravot" qəzetinə müsahibəsində Almaniya Bundestaqının ermənipərəst üzvü, erməni-alman forumunun rəhbəri Albert Vayler deyib.
"Münaqişə dinc yolla həll edilməlidir. Bu kontekstdə biz Azərbaycanla sıx əməkdaşlıq etməliyik. Hansı ki, bu əməkdaşlıq bizə problemi sürətlə də olmasa tədricən, lakin ağlabatan çərçivədə həll etməyə imkan yaradacaq"-deputat bildirib.
Vaylerin fikrincə problemin ağlabatan həlli məhz hər iki tərəfin qarşılıqlı güzəştə getməsini nəzərdə tutur. "Qərarı Azərbaycanla qəbul etmək lazımdır, Azərbaycana qarşı yox. Bu məsələdə Rusiya Minsk Qrupunun həmsədrlərindən biri kimi müsbət mənada moderator rolunu oynamalıdır ki, münaqişə ən yaxşı formada həllini tapsın. Yəni üçüncü dövlət tərəfindən xeyirxah məramın olması iki tərəfin qarşılıqlı güzəştə getməsi formasında əlverişli ola bilərdi"-deputat əlavə edib.
Bundestaqın üzvü əlavə edib ki, Rusiyanın Ermənistanla çox yaxşı münasibətləri var, lakin onun Azərbaycanla da yaxşı münasibətləri mövcuddur. Və böyük dövlət kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində mühüm təsir imkanlarına malikdir və bunu üçün istənilən sülh imkanlarından isifadə etmək lazımdır.
Virtualaz.org