Gündəm

Rəhim Qazıyevə həbs cəzası verilib

26 Dekabr 2017 17:16

Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev inzibati qaydada həbs edilib.

Patriarx Kirill Mehriban Əliyevaya Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim edib

26 Dekabr 2017 17:15

Moskvada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim olunub. Məlumata görə, Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə ordeni M. Əliyevaya Moskva və bütün Rusiyanın Patriarxı Kirill təqdim edib. 

Eldar Şamı Qoruğu ilə bağlı YENİ QƏRAR

26 Dekabr 2017 17:12

Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib. Məlumata görə, Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasının Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası" əlavə olunmuş xəritədə 536,52 hektarlıq sahədə təsdiq edilib.

Həsən Əliyevin yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans

26 Dekabr 2017 17:11

Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri”mövzusunda III Beynəlxalq elmi konfranskeçirilib. Olaylar.az bildirir ki, universtetin professor-müəllim və tələbə heyətinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Alimin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən silsilə tədbirlər keçirildiyini qeyd edən rektor akademik Həsən Əliyevin həyat və fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışıb.

Mətbuat Şurası 3 sayta xəbərdarlıq edib, 1 saytın adı “qara siyahı”ya salınıb

26 Dekabr 2017 17:08

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan  verilən məlumata görə, iclasın gündəliyindəki ilk məsələ Milli Məclisin deputatı Elmira Axundovanın “Kriminal.az” saytına qarşı şikayəti olub. Sayta xəbərdarlıq edilib və gələcəkdə məsələlərə həssas yanaşmaq tövsiyə olunub.

Gürcüstan Milli Elmi Kitabxanasının təmsilçiləri MEK-də

26 Dekabr 2017 17:07

Gürcüstan Tbilisi Dövlət Universiteti  Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını  ziyarət ediblər. Khatuna Kikvilashvili, Marika Zhorzholiani, Tinatin Darchia, Davit Davitiani, Giorgi Banetishvili, Nino Chachuadan ibarət olan nümayəndə heyətinin səfər məqsədi MEK-də müasir akademik kitabxana xidmətlərinin tətbiqi ilə tanışlıq, inteqrasiya və əməkdaşlıq imkanlarının öyrənilməsi olub.

AXCP funksionerinin vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb

26 Dekabr 2017 16:53

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb. Məlumata görə, Suraxanı Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə Məmməd İbrahimin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən iclasda qərar qəbul olunub. Hakim deyib ki,  Məmməd İbrahim islah olunmayıb, nizam-intizam qaydalarına əməl etməyib, ona görə də onun müraciəti təmin olunmayıb.

Musiqi alətlərinin hissələri və ləvazimatları idxal gömrük rüsumundan azad edilib

26 Dekabr 2017 16:51

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən musiqi alətlərin hissələri və ləvazimatları gömrük rüsumundan azad edilib. Məlumata görə, bu,Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

“Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert

26 Dekabr 2017 16:47

Beynəlxalq Muğam Mərkəzində  Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin  “Muğam və Mənəviyyat” adlı birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə Xalq artisti Gülyanaq Məmmədova “Naz eyləmə”, “Bizə gəl yar” , Əməkdar artist Ehtiram Hüseynov “Çoxları incikdi”, “Sərvi-azad” , xanəndə Kamilə Nəbiyeva “Neyləyə billəm” təsniflərini ifa ediblər.

Hindistanda "Okxi" 250 nəfəri "itirdi"

26 Dekabr 2017 16:45

Hindistanın cənubunda bu ayın əvvəli tüğyan etmiş “Okxi” qasırğası nəticəsində itkin düşənlərin sayı 250 nəfəri ötüb. Məlumata görə, itkin düşənlərin böyük əksəriyyətini balıqçılar təşkil edir. Hazırda Hindistanın canub sahillərində axtarışlar davam etdirilir. Qasırğa zamanı 2,5 mindən çox adam xilas olunmuşdu.

Prezident DSMF-nin gələn il üzrə büdcəsini təsdiqləyib

26 Dekabr 2017 16:40

Azərbaycan prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaDövlət Sosial Müdafiə Fondunun (DSMF) 2018-ci il büdcəsi haqqında qanunu təsdiqləyib. 

15 nəfər edam edildi

26 Dekabr 2017 16:39

Misirdə 15 nəfər edam edildi. Olaylar.az bildirir ki, edam olunan şəxslər Sina yarmadasında terror hücumları təşkil edilməkdə ittiham olunurdular. Edam İsgəndiryyə və Bahirə şəhərlərində həyat keçirilib.

Özbəkistanda Nizami Gəncəvinin “İqbalnamə” əsəri çapdan çıxıb

26 Dekabr 2017 16:37

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Azərbaycan ədəbiyyatının dahi şairi Nizami Gəncəvinin “Iqbalnamə’” əsəri Daşkənddə “Extremum Press”  nəşriyyatında çap olunub. Əsəri orjinaldan özbəkcəyə çevirən Özbəkistanın xalq şairi Camal Kamaldır.

Qarabağ müharibəsi əlili və şəhid ailəsinə yeni fərdi yaşayış evləri verildi

26 Dekabr 2017 16:37

Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı tədbirləri Ağdam və Ağcabədi rayonlarında davam etdirilib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər iki rayonda inşa etdirilmiş  9 ədəd fərdi yaşayış evi (Ağdam rayonunda 4,  Ağcabədi rayonunda 5 ədəd) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.  

Teatr universitetin qonağı olacaq

26 Dekabr 2017 16:35

Dekabrın 30 – da Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi yeni il ərəfəsində Bakı Dövlət Universitetinin qonağı olacaq. Olaylar.az bildirir ki, teatrın yaradıcı heyəti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni-2018-ci il münasibəti ilə BDU-nun professor və müəllim heyətinin övladları və nəvələri üçün  “Qoğalın yeni il sərgüzəştləri” adlı nağıl tamaşasını ölkənin ən qabaqcıl ali təhsil ocağının böyük salonunda nümayiş etdirəcək.