Həsən Əliyevin yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans
Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri”mövzusunda III Beynəlxalq elmi konfranskeçirilib. Olaylar.az bildirir ki, universtetin professor-müəllim və tələbə heyətinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Alimin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən silsilə tədbirlər keçirildiyini qeyd edən rektor akademik Həsən Əliyevin həyat və fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışıb.
26 Dekabr 2017 17:11 SosialBakı Dövlət Universitetində Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş "Ekologiya: təbiət və cəmiyyət problemləri"mövzusunda III Beynəlxalq elmi konfranskeçirilib. Olaylar.az bildirir ki, universtetin professor-müəllim və tələbə heyətinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Alimin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən silsilə tədbirlər keçirildiyini qeyd edən rektor akademik Həsən Əliyevin həyat və fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışıb.
"Elmi axtarışlarla keçən ömür" mövzusunda məruzə edən Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Məmmədov görkəmli alimin təbiətşünaslıq elmində, eləcə də ətraf mühitin mühafizəsi sahəsində xidmətlərindən danışıb. Daha sonra Təhsil Nazirliyi aparat rəhbərinin müavini Yaqub Piriyev, AMEA-nın Coğrafiya İnstitutunun laboratoriya müdiri İsmayıl Quliyev akademikin həyat və fəaliyyətindən, Azərbaycan elmi, ictimaiyyəti qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, xatirələrini bölüşüblər.
Sonda akademik Həsən Əliyevin oğlu, Azərbaycan Respublikasının əməkdar memarı Rasim Əliyev konfransın keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib.