Gürcüstan Milli Elmi Kitabxanasının təmsilçiləri MEK-də
Gürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər. Khatuna Kikvilashvili, Marika Zhorzholiani, Tinatin Darchia, Davit Davitiani, Giorgi Banetishvili, Nino Chachuadan ibarət olan nümayəndə heyətinin səfər məqsədi MEK-də müasir akademik kitabxana xidmətlərinin tətbiqi ilə tanışlıq, inteqrasiya və əməkdaşlıq imkanlarının öyrənilməsi olub.
26 Dekabr 2017 17:07 SosialGürcüstan Tbilisi Dövlət Universiteti Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər. Khatuna Kikvilashvili, Marika Zhorzholiani, Tinatin Darchia, Davit Davitiani, Giorgi Banetishvili, Nino Chachuadan ibarət olan nümayəndə heyətinin səfər məqsədi MEK-də müasir akademik kitabxana xidmətlərinin tətbiqi ilə tanışlıq, inteqrasiya və əməkdaşlıq imkanlarının öyrənilməsi olub.
Olaylar.az bildirir ki, ziyarət əsnasında qonaqlar Mərkəzi Elmi Kitabxananın iş strukturu və prinsipləri, mövcud imkan və əlaqələri, oxuculara xidmət növləri ilə tanış olublar. MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Beynəlxalq əlaqələr bölməsinin əməkdaşı İlahə Feyziyeva və Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva qonaqları müşayiət edib, onlara kitabxananın yaranma tarixi, yeni binaya köçdükdən sonra görülən işlər, icra edilən layihələr, xüsusən MEK-in Milli Rəqəmsal Yaddaş bazası haqqında geniş məlumat veriblər. Gürcüstanlı qonaqlar kitabxanada oxucuların qeydiyyata alınması prosesi və proqram təminatı ilə, Nadir kitab fondunda unikal mənbələr və nadir nüsxələrlə ətraflı tanış olublar. Onlar Sərgi salonunu, Yardımçı fondları, Oxu zallarını, Akademiklər zalında yaradılan diplomatik fondu gəzərək xidmət prosesini müşahidə ediblər.
Tanışlıqdan sonra MEK direktoru Leyla İmanova ilə görüşən TDU Gürcüstan Milli Elmi Kitabxanasının təmsilçiləri MEK-in fondlarının zənginliyindən, oxuculara göstərilən xidmətdən məmnunluqla bəhs edib, qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirərək kitabxanaya hədiyyələrini təqdim ediblər.