Gündəm
Bu ədviyyat böyrəklərlə bağlı problemlərinizi birdəfəlik həll edəcək!
Hil kulinariyada çoxdandır ki, fəxri yer tutur. Siz hətta təsəvvür edə bilməzsiniz ki, hil əlavə olunmuş bir fincan qəhvə nə qədər faydalıdır. Bu içki həzm problemlərinə və böyrək xəstəliklərinə müalicəvi təsir göstərir. Üstəlik ətri insanı valeh edir. Hindistanda və Çində təbiblər hesab edirlər ki, bu ədviyyat sayəsində demək olar ki, bütün xəstəlikləri sağaltmaq olar.
İdmanla məşğul olarkən bu səhvləri etməyin
İdman sağlamlığın əsasıdır. Amma idmanla məşğul olanda diqqətli olmaq lazımdır. Belə ki, idman edərkən etdiyimiz bəzi səhvlər bədəninizdə narahatçılıqlara səbəb ola bilər. Səhv bir hərəkətlə hətta zədələnə bilərsiniz. Belə risklərdən uzaq, təsirli idman üçün etdiyimiz səhvlərin siyahısını sizinlə paylaşırıq.
Diqqət: Ürək nahiyəsində ağrıların səbəbləri
İnsanların əksər hissəsi yaşından, cinsindən və s. amillərdən asılı olmayaraq ürək nahiyəsində olan ağrılarla üzləşir. Digər ağrılarla müqayisədə bu ağrılar insanları adətən qorxuzur və həkimə müraciət etməyə vadar edir.
Relslərə yıxıldı, iki qatar üstündən keçdi, sağ qaldı
Almaniyanın Münhen şəhərində naməlum şəxs içkili vəziyyətdə dəmir yolu xəttinə yıxıldıqdan sonra iki elektrik qatarı onun üzərindən keçib. Məlumata görə, həmin şəxs ciddi xəsarətlər alsa da, sağ qalıb.
Ağır sənaye və maşınqayırma sahəsində yerli məhsullardan istifadə genişləndiriləcək
Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsində maşın, avadanlıq və digər nəqliyyat vasitələri istehsalı üzrə tədbirlərin icrasını təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə müvafiq işçi qrupların görüşü keçirilib.
“Fəxr etməliyik ki, Yunus Oğuz kimi ədəbi fədaimiz var”
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-publisist, tarixi əsərlər müəllifi Yunus Oğuzun yeni nəşr olunan “Atabəy Eldəniz” tarixi romanının təqdimatı keçirilib.Tədbiri giriş sözü ilə açan “525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid kitabın əhəmiyyəti haqqında danışıb və kitabın tariximizin öyrənilməsi baxımından mühüm vəsait olduğunu diqqətə çatdırıb.
Kiçik sahibkarların ABAD-la əməkdaşlığına dair tədbir keçirilib
Dekabrın 26-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Kiçik sahibkarların ABAD-la əməkdaşlığının qurulmasına dəstək” mövzusunda tədbir keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının, eləcə də 200-dək kiçik sahibkarlıq subyektinin nümayəndələri iştirak edib.
Məleykə Abbaszadə: “1004 namizəd sertifikat əldə etmək hüququ qazanıb”
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyəti barədə danışan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, 2017-ci il noyabr və dekabr aylarında inzibati rəhbər və inzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanları keçirilib.
Ermənistan bazarları dəfn bürosunu xatırladır
"Ermənistanda bazarlar dəfn bürosunu xatırladır, buraya heç kim gəlmir, heç kim alış-veriş etmir". Bunu bazarlardakı satıcılar deyir.
Almaniyalı konsul ölü tapıldı
Almaniyanın Qərbi Qazaxıstandakı fəxri konsulu Piter Kriger Atırau şəhərində mənzilində ölü tapılıb. 54 yaşlı diplomatın ölümü ilə bağlı araşdırma aparılır.
“Kəpəz”də yeni TƏYİNAT
"Kəpəz" Peşəkar Futbol Klubunda daha bir təyinat reallaşıb. Əvəzedici komandanın məşqçisi Mətləb Məmmədov klubda uşaq futbolunun rəhbəri təyin olunub. Məmmədovun vəzifəsi aşağı yaş qrupları üzrə komandalara nəzarət edib uşaq futbolunun inkişafına dəstək verməkdən ibarət olacaq.
MTRŞ: Müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yaradıcılıq və texniki imkanları öyrənilir
“Teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinə əsasən lisenziyanın verilməsi haqqında qərar müsabiqə keçirən orqan tərəfindən müsabiqənin elan olunduğu vaxtdan ən geci 60 gün sonra qəbul olunur. Yəni müsabiqənin bitdiyi 16 dekabrdan ən geci 30 gün ərzində Şura iclası keçiriləcək və müsabiqənin nəticəsi elan ediləcək”.
Ümumi orta təhsili bitirə bilməyənlər üçün imtahanlara start verildi
Bu gün Bakı şəhəri üzrə eksternat imtahanlarına start verilib. Bakı şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak edib.
Mətbuat Şurası üç KİV-in üzərindən xəbərdarlığı götürüb
Bu gün Mətbuat Şurasının Apellyasiya Qrupunun iclası keçirilib. Şuradan verilən məlumata görə, Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, qrup üzərində Şuranın xəbərdarlıq qərarı olan 3 kütləvi informasiya vasitəsi ilə bağlı məsələləri müzakirə ediləcək.
Rusiya Suriyada daimi qoşun qruplaşması yaradır
Rusiya Suriya ərazisində - Tartus və Hmeymim bazalarında daimi qoşun qruplaşmasının formalaşdırılması prosesinə başlayıb. Məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu selektor müşavirəsində deyib. O, ötən həftə ali baş komandanın Tartus və Hmeymim bazalarının strukturunu və ştatını təsdiqlədiyini söyləyib. Nazir bu barədə müqavilələrin ratifikasiyasına görə parlamentə təşəkkür edib.














