Relslərə yıxıldı, iki qatar üstündən keçdi, sağ qaldı

Almaniyanın Münhen şəhərində naməlum şəxs içkili vəziyyətdə dəmir yolu xəttinə yıxıldıqdan sonra iki elektrik qatarı onun üzərindən keçib. Məlumata görə, həmin şəxs ciddi xəsarətlər alsa da, sağ qalıb. 

Almaniyanın Münhen şəhərində naməlum şəxs içkili vəziyyətdə dəmir yolu xəttinə yıxıldıqdan sonra iki elektrik qatarı onun üzərindən keçib. Məlumata görə, həmin şəxs ciddi xəsarətlər alsa da, sağ qalıb. Onu yaxınlıqdan keçən iki nəfər aşkar edib. Çoxlu qan itirən şəxs xəstəxanaya çatdırılıb. Onun hər iki qolu və ayağı amputasiya edilib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31