Ermənistan bazarları dəfn bürosunu xatırladır
"Ermənistanda bazarlar dəfn bürosunu xatırladır, buraya heç kim gəlmir, heç kim alış-veriş etmir". Bunu bazarlardakı satıcılar deyir.
26 Dekabr 2017 18:06 Dünya"Ermənistanda bazarlar dəfn bürosunu xatırladır, buraya heç kim gəlmir, heç kim alış-veriş etmir". Bunu bazarlardakı satıcılar deyir.
Qeyd olunur ki, qiymətlərin baha olması ilə əlaqədar Yeni il bayramı qabağı alış-veriş kəskin azalıb. Satıcılardan biri deyib: "Bizdə almaların kiloqramı 3 dollara, armud 4 dollara yaxındır. Ona görə də insanlar bazara gəlmir. Onların pulu yoxdur, necə alış-veriş etsinlər?". Bazarlardakı qiymətlərdən daha çox pensiyaçılar şikayət edir. Onlar 60 dollar həcmində pensiya aldıqlarını, bununla bayram alış-verişinin mümkün olmadığını vurğulayır.
Qeyd edək ki, Ermənistan işsizlik səviyyəsinə görə MDB-də birinci yerdə qərarlaşıb. Bu ilin birinci rübündə işsizlik səviyyəsi 19 faizə bərabər olub. Trend.az