“Muğam və mənəviyyat” adlı layihə çərçivəsində konsert

Beynəlxalq Muğam Mərkəzində  Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin  “Muğam və Mənəviyyat” adlı birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə Xalq artisti Gülyanaq Məmmədova “Naz eyləmə”, “Bizə gəl yar” , Əməkdar artist Ehtiram Hüseynov “Çoxları incikdi”, “Sərvi-azad” , xanəndə Kamilə Nəbiyeva “Neyləyə billəm” təsniflərini ifa ediblər.

Beynəlxalq Muğam Mərkəzində  Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin  "Muğam və Mənəviyyat" adlı birgə layihəsi çərçivəsində növbəti konsert keçirilib. Olaylar.az bildirir ki, konsertdə Xalq artisti Gülyanaq Məmmədova "Naz eyləmə", "Bizə gəl yar" , Əməkdar artist Ehtiram Hüseynov "Çoxları incikdi", "Sərvi-azad" , xanəndə Kamilə Nəbiyeva "Neyləyə billəm" təsniflərini ifa ediblər.

Daha sonra ifa olunan təsniflərin müəllifi, ud ifaçısı, tanınmış xanəndə Fəraməz Gərmrudinin ifasında "Hümayun"muğamı təqdim olunub.

Tədbirdə xanəndələri   Əməkdar artist, tarzən Əliağa Sədiyevin bədii rəhbərliyi ilə  "Könül" instrumental ansamblı müşayiət edib.

Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31