“Zəngəzur” sənədli filminin təqdimatı olub

Dekabrın 26-da Bakıda “Zəngəzur” sənədli filminin təqdimat mərasimi keçirilib. Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, AMEA-nın Tarix İnstitutu və “Virtual Qarabağ” İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Dekabrın 26-da Bakıda "Zəngəzur" sənədli filminin təqdimat mərasimi keçirilib. Azərbaycan, rus və ingilis dillərində olan film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, AMEA-nın Tarix İnstitutu və "Virtual Qarabağ" İKT Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Sənədli filmin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifi tarixçi alim Nazim Mustafa, quruluşçu rejissoru Teymur Nəcəfzadədir.

"Virtual Qarabağ" İKT Mərkəzinin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında gənclərlə iş üzrə ictimai şuranın sədri Nurəddin Mehdiyev film barədə məlumat verib. Qeyd olunub ki, bu ekran əsəri Azərbaycanın qədim tarixi torpaqlarından olan Zəngəzur mahalının azərbaycanlılara məxsus olması və bu gerçək həqiqət haqqında ermənilərin dünyanı yanıltması barədədir. Zəngəzurun azərbaycanlılara məxsus olması haqqında məlumatları Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə obyektiv çatdırmaq filmin əsas məqsədidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31