Hakimiyyət fikir, söz və məlumat azadlığının təmin olunmasında maraqlıdır

Müasir dövrümüzü mediasız, kütləvi informasiya vasitələrsiz təsəvvür etmək qeyri-mümkündür. Bu gün media, kütləvi informasiya vasitələri sanki gündəlik qəbul edə biləcəyimiz qida rasionuna çevrilib. Sadə vətəndaşından tutmuş məmuruna qədər hər kəs gündəlik ölkə həyatında baş verən prosesləri izləmək, baş verənlər barədə məlumat toplamaq üçün kütləvi informasiya vasitələrinə üz tutur, onun yazdıqlarına nəzər diqqət yetirir.

Müasir dövrümüzü mediasız, kütləvi informasiya vasitələrsiz təsəvvür etmək qeyri-mümkündür. Bu gün media, kütləvi informasiya vasitələri sanki gündəlik qəbul edə biləcəyimiz qida rasionuna çevrilib. Sadə vətəndaşından tutmuş məmuruna qədər hər kəs gündəlik ölkə həyatında baş verən prosesləri izləmək, baş verənlər barədə məlumat toplamaq üçün kütləvi informasiya vasitələrinə üz tutur, onun yazdıqlarına nəzər diqqət yetirir. Elə bu səbəbdəndir ki, haqlı olaraq media, kütləvi informasiya vasitələrinin cəmiyyətdəki yeri, rolu yüksək qiymətləndirilir, onu dördüncü hakimiyyət kimi xarakterizə edirlər. Hətta bir qədər mübaliğə edilmiş formada belə bir ifadə də işlədilir. Mətbuat, media bir şəxsi vəzifəyə təyin edə də bilər, onu vəzifədən uzaqlaşdıra da. Yəni mətbuatın, kütləvi informasiya vasitələrinin bu baxımdan oynadığı rol, göstərdiyi fəaliyyət kifayət qədər önəmlidir. Ancaq burada incə və xüsusi diqqət edilməli olan nüans var ki, buna da ciddi şəkildə diqqət çəkmək lazımdır. Yəni, mətbuat, kütləvi informasiya vasitəsi proseslərə obyektiv olaraq yanaşmalı, tərəfsizliki nümayiş etdirməli, kiminsə sifarişinin icraçısı olmamalıdır. Bəli, bu halda kütləvi informasiya vasitələrinin, medianın rolu, onun hansısa məsələyə diqqət çəkib ictimailəşdirməsi diqqətçəkici və təsirli olur, nəticəsini göstərir. Məhz proseslərə obyektiv şəkildə, heç kimin sifarişçisi olmadan yanaşma, qərəz deyil, həqiqəti ortaya qoyma effektli nəticələri ortaya qoyur. Son illərdə bu kimi müsbət məqamlarla çox rastlaşmışıq. Hətta elə hallar olub ki, medianın ictimailəşdirdiyi, qaldırdığı problemə dövlət başçısı səviyyəsində kəskin reaksiya olub, həmin problemi yaradan məmur cəzalandırılıb, vəzifədən uzaqlaşdırılıb. Təkcə son illərdə baş verən bir neçə faktı qeyd etmək yerinə düşər. Belə ki, bir neçə il əvvəl paytaxtın mərkəzi küçələrinin birində qeyri-qanuni olaraq tikinti işləri həyata keçirilirdi. Ətraf binalara aid həyəti zəbt edən hansısa bir tikinti şirkəti yüksək vəzifədə olan məmur dostuna arxayın olaraq insanların gözünün içinə baxa-baxa qanunları pozur, şəxsi maraqları naminə insanların  marağını ayaqlar altına atırdı. Məhz sözügedən problemə, daha doğrusu qanunsuzluğa, qanunların və sadə vətəndaşların maraqlarının tapdalanmasına ilk diqqət çəkən media, kütləvi informasiya vasitələri oldu. Medianın, kütləvi informasiya vasitələrinin bu məsələni ictimailəşdirməsi, gündəmə gətirməsi dövlət başçısının ona kəskin reaksiya bildirməsi ilə nəticələndi. Nəticə etibarilə şəhərin mərkəzində qeyri-qanuni şəkildə inşa edilən həmin tikili dayandırıldı. Birbaşa dövlət başçısının müdaxiləsi nəticəsində tikinti prosesinin dayandırılması eyni zamanda həmin prosesə xeyir-dua verən məmura da bir mesaj idi. Bu həm də iki mövqeni ortaya qoyurdu. Birincisi, medianın, kütləvi informasiya vasitələrinin gücü, onların səmərəli və obyekiv şəkildə fəaliyyətini, ikincisi isə hakimiyyətin, hökumətin media, kütləvi informasiya vasitələri ilə sıx, əməkdaşlıq şəkildə işləməsi. Və burada üçüncü bir məqam xüsusilə diqqət çəkir. Bu da söz, fikir, məlumat və ifadə azadlığı ilə bağlıdır. Yəni yuxarıda qeyd etdiyimiz faktlar həm də Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığının göstəricilərindən idi. Yəni, ölkədə fikir, söz, ifadə və məlumat azadlığı olmasaydı, hansısa media qurumu, kütləvi informasiya vasitəsi qeyd etdiyimiz problemi ictimailəşdirə, onun həllinə nail ola bilməzdi. Hətta mətbuat, media həmin məsələni ictimailəşdirsə, insanların diqqətinə çəksə belə, ya ona ciddi şəkildə, yuxarı dairələrdən reaksiya olmayacaqdı, ya da həmin kütləvi informasiya vasitəsi, media qurumu ciddi şəkildə cəzalandırılacaqdı. Ancaq göründüyü kimi Azərbaycanda tamamilə fərqli bir situasiya hökm sürür. Medianın, kütləvi informasiya vasitələrinin qaldırdığı məsələyə, ictimailəşdirdiyi problemə dərhal ciddi şəkildə reaksiya bildirilir, qanunsuzluqlara yol verən məmurlar cəzalandırılır, onlar barədə ölçü götürülür. Qeyd etdiyimiz kimi bu da öz özlüyündə ölkədə fikir, söz, ifadə və məlumat azadlığının ən yüksək səviyyədə təmin edildiyini ortaya qoyur. Eyni zamanda bunun özü həm də medianın, kütləvi informasiya vasitələrinin hökumətlə, ölkə rəhbərliyi ilə birgə işlədiyinin göstəricisidir.

Belə faktları kifayət qədər göstərmək olar. Belə ki, bir müddət əvvəl ölkənin hərbi elitasının yüksək rütbəli məmurlarından birinin övladının ictimai asayişi pozmağa yönəlik cəhdini də məhz kütləvi informasiya vasitəsi gündəmə gətirdi, ictimailəşdirdi. Nəticə etibarilə bu məsələyə də ön yüksək səviyyədə münasibət sərgiləndi, həmin qanunsuzluğu pozan şəxsin məmur atası vəzifəsindən uzaqlaşdırıldı. Elə bu məsələyə də məhz dövlət başçısı öz münasibətini bildirdi və bir daha media, kütləvi informasiya vasitələri ilə əlaqələndirici şəkildə işlədiyini təsdiqlədi, sübuta yetirdi. Eyni halı bir müddət əvvəl Yasamal rayonunda baş verən özbaşınalıqlarla da əlaqələndirmək olar. Belə ki, Yasamal rayonunda baş verən mənfi halların mediaya, kütləvi informasiya vasitələrinə çıxması nəticə etibarilə sözügedən rayonun İcra Hakimiyyəti başçısının işdən çıxması ilə nəticələndi. Sonuncu fakt da öz növbəsində ölkədə medianın, kütləvi informasiya vasitələrinin fəaliyyətinə, mövcudluğuna, xüsusilə də onların qaldırdığı, ictimailəşdirdiyi problemlərə ciddi diqqət yetirildiyini ortaya qoyurdu. Eyni zamanda bu da Azərbaycanda fikir, söz, ifadə və məlumat azadlığına ciddi diqqət yetirildiyini, dövlətin, əsas etibarilə də onun prezidentinin fikir, söz, məlumat və ifadə azadlığında maraqlı olduğunu, bu prinsiplərə sadiq qaldığını sübuta yetirirdi. Eyni zamanda dövlət başçısı açıq şəkildə ortaya belə bir mövqe də qoyur ki, media, kütləvi informasiya vasitələrinə diqqət və qayğı bundan sonra da olacaq, onların mövcud problemləri, cəmiyyətdə olan çatışmamazlıqları işıqlandırmaq, ictimailəşdirmək cəhdləri, fəaliyyətləri təqdir ediləcək. Elə bu ilin iyul ayında jurnalistlər üçün tikilmiş yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının açılış mərasimi zamanı da dövlət başçısı bir daha bunu açıq şəkildə vurğuladı. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev həmin tədbir zamanı demişdi: "Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunur. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur vətəmin olunacaqdır. Jurnalistlər isə əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzəçıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlıəsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları vəyaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə dəözləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansıədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz. Əlbəttə ki, jurnalistika mümkün qədər obyektiv olmalıdır. Çünki tam obyektivliyə nail olmaq çətindir. Hər bir insan istər-istəməz subyektivliyə də yol verir və jurnalistlər də istisna deyil. Ancaq jurnalistlərin üzərindəçox böyük məsuliyyət var. Onların sözü incidə də, problem yarada da, yaxud da ki, məsələni həll edə bilər. Ona görə xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha da böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir".

Göründüyü kimi dövlət və onun prezidenti cəmiyyətdə mövcud olan problemlər, çatışmamazlıqların media nümayəndələri, kütləvi informasiya vasitələri tərəfindən gündəmə gətirilməsində maraqlıdır. Çünki media, mətbuat bu və ya digər mövcud problem işıqlandırmaq, ictimailəşdirməklə həmin problemin həlli məsələsində bir növ dövlətə yardımçı olur. Bir növ dövlətlə, onun rəhbəri ilə kütləvi informasiya vasitələrinin qarşılıqlı, səmərəli şəkildə fəaliyyəti mövcud problemin aradan qaldırılmasında mühüm rol oynayır. Bu bir tərəfdən dövlətin, onun rəhbərinin mediaya, azad mətbuata verdiyi önəm, dəyərin göstəricisidirsə, digər tərəfdən dövlətin fikir, söz, məlumat və ifadə azadlığının təminatında maraqlı olduğunun təsdiqidir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31