Rusiyalı ekspert: “Gələn il Dağlıq Qarabağda eskalasiya olmayacaq”

“Gələn il Dağlıq Qarabağda eskalasiya olmayacaq”. Bunu “Russia in Global” nəşrinin baş redaktoru Fyodr Lulyanov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi əsas çağırış deyil. Redaktorun fikrincə, digər münaqişələr və qaynar ocaqlar 2018-ci ildə gündəmə gələ bilər: “Burada Yaxın Şərqdəki münaqişələri – Suriya, İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik, Yəmən kimi məsələləri qeyd etmək istərdim. İlk növbədə Şərqi Asiya, Koreya yarımadası ətrafındakı münaqişəni də vurğulamaq lazımdır. Həmçinin Ukrayna və Rusiya arasındakı münaqişə gələn il alovlana bilər”.

"Gələn il Dağlıq Qarabağda eskalasiya olmayacaq". Bunu "Russia in Global" nəşrinin baş redaktoru Fyodr Lulyanov deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi əsas çağırış deyil. Redaktorun fikrincə, digər münaqişələr və qaynar ocaqlar 2018-ci ildə gündəmə gələ bilər: "Burada Yaxın Şərqdəki münaqişələri - Suriya, İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlik, Yəmən kimi məsələləri qeyd etmək istərdim. İlk növbədə Şərqi Asiya, Koreya yarımadası ətrafındakı münaqişəni də vurğulamaq lazımdır. Həmçinin Ukrayna və Rusiya arasındakı münaqişə gələn il alovlana bilər".

Rusiya və Türkiyə münasibətlərinə gəlincə, Lulyanov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin hazırda iki dövlətin gündəmində olduğunu düşünmür: "Rusiya münaqişənin həllində vasitəçilik rolunu davam etdirəcək, Ermənistana yardım etməkdə davam edəcək". Azadinform Ermənistan mediasına istinadən xəbər verir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31