Aydın Mirzəzadə: “Sammitdə Dağlıq Qarabağ məsələsi də qaldırılacaq”
“Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi görüşündə hesab edirəm ki, ilk növbədə 2017-ci ilə siyasi qiymət veriləcək”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
26 Dekabr 2017 15:27 Siyasət"Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının qeyri-rəsmi görüşündə hesab edirəm ki, ilk növbədə 2017-ci ilə siyasi qiymət veriləcək". Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, MDB-yə daxil olan üzvlərin bir sıra məsələlər üzrə vahid mövqeyinin müəyyənləşməsinə çalışılacaq: "Ümumən götürdükdə dövlət rəhbərlərinin vaxtaşırı görüşməsi və dünyanı narahat edən problemlər üzrə fikir mübadiləsi aparması müsbət bir haldır. Azərbaycan tərəfi həm təşkilatın fəaliyyəti, həm də beynəlxalq birlikdə olan problemlərlə yanaşı aydın məsələdir ki, ölkəmizi ciddi narahat edən Dağlıq Qarabağ məsələsini də qaldıracaq.
Təşkilatın üzvü olan Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini indiyədək işğalda saxlaması bütün beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Bu artıq tək Azərbaycanın deyil, elə Ermənistanın da özünün inkişafına çox ciddi təsir edir. Həmçinin birlik ona daxil olan ölkələrin beynəlxalq hüquq normalarına riayət etməsini daima diqqətdə saxlamalıdır və buna məsuliyyət daşımalıdır. Buna görə də sözügedən sammitdə Azərbaycan tərəfi ciddi məsələlərlə çıxış edəcəyi tamamilə gözləniləndir. Nəzərə alsaq ki, Azərbaycan artıq regionun və dünyanın ən nüfuzlu dövlətlərindən biridir və onun bir sıra məsələlər üzrə mövqeyi həmişə gözlənilir, böyük hörmət bəslənilir. Azərbaycanın dövlətçilikdə qarşıya çıxan məsələlərin həllinə dair praktikası MDB üzvləri üçün də istifadə oluna bilən bir siyasi texnologiya hesab edilə bilər". Sia.az